Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:22

'Alfa Sığorta' da belə getdi


►Şirkətin təsisçisi olan Texnikabank bir müddət öncə müflisləşmişdi...

“Alfa Sığorta” ASC-nin lisenziyası ləğv edilib.

Bu barədə qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) Direktorlar Şurasının avqustun 26-da keçirilən iclasında qəbul edilib.

Səbəbləri

Palatadan verilən məlumata görə, lisenziyanın ləğv olunmasına, son dövrlər “Alfa Sığorta” ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması, öhdəliklərini icra etməməsi aktiv və kapitalının itirilməsi səbəb olub.

“Artıq bir müddətdir ki, “Alfa Sığorta”-dakı mövcud problemlərlə əlaqədar xüsusi nəzarət rejimi tətbiq edilirdi. Buna səbəb təsisçi “Texnikabank”ın müflisləşməsi və bununla əlaqədar “Alfa Sığorta”nın maliyyə durumunun kritik vəziyyətə düşməsi idi”,- deyə məlumatda qeyd edilir.

Verilən xəbərlərə görə, sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə bu ilin aprel ayından onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılıb və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.

Buna da bax: Sığorta fondunun ehtiyatı 32 faiz azalıb

Xilası mümkün olmadı

Palata qeyd edir ki, aprel ayının sonundan “Texnikabank”ın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə “Alfa Sığorta”nın portfelinin satışı vasitəsi ilə sağlamlaşdırılmasına cəhd edilib.

Ancaq sığortaçının yetərli ehtiyatlarının mövcud olmaması səbəbindən bu mümkün olmayıb:

“Onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının və müflis təsisçisinin isə belə imkanlarının olmamasını nəzərə alaraq MBNP “Alfa Sığorta” ASC-nin lisenziyasını ləğv edib”.-məlumatda bildirilir.

Həmçinin Direktorlar Şurasının qərarı ilə şirkətə təyin olunan müvəqqəti inzibatçı bu gün, avqustun 26-dan vəzifəsinin icrasına başlayıb.

“Alfa Sığorta” ASC-nin bütün öhdəlikləri üzrə sorğular Xətai r-nu, Babək pr-ti, "Babək Plaza", Blok C ünvanında yerləşən müvəqqəti inzibatçıya göndərilə bilər.

“Alfa Sığorta” ASC 1997 ci ildə fəaliyyətə başlamışdı. 30 könüllü, 3 icbari sığorta növü üzrə xidmətlər göstərirdi.

Buna da bax: Tibbi sığorta Azərbaycanda və Gürcüstanda

Tibbi sığorta Azərbaycanda və Gürcüstanda
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG