Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:05

-

Əmanətlərin Sığortalanması Fondunun ehtiyatları son 20 gündə 32 faiz azalıb.

Fondun məlumatına görə, azalma müflisləşən bankların kompensasiyalarının ödənilməsi ilə bağlıdır.

Əmanətlərin Sığortalanması Fondunun ehtiyatı 132 milyon manata qədərdir. Fond yanvarın sonlarından başlayaraq müflis olan «Texnikabank», «Bank of Azerbaijan» və «Gəncəbank»ın əmanətçilərinə ödənişlərə başlayıb. 3 müflis bankın sənədləri qaydasında olan əmanətçilərinə ümumilikdə 42 milyon 150 min manat ödənilib.

Əmanətlərin Sığortalanması Fondu 2007-ci ilin avqustunda ölkə başçısının fərmanı ilə yaradılıb. Banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanət kimi qəbul olunan pul vəsaitlərinin itirilmə riskinin qarşısını almaq məqsədini daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG