Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:26

Yunanıstan rusiyalı şübhəlini Fransaya təslim edir


Aleksandr Vinnik
Aleksandr Vinnik

Yunanıstan məhkəməsi rusiaylı kibercinayət şübhəlisinin ekstradisiyası barədə Fransanın ricasını təmin edib.

Bu şəxsin ekstradisiyasını həm də Birləşmiş Ştatlar və Rusiya tələb edirdilər. Məhz buna görə də Aleksandr Vinnikin Fransaya ekstradisiyası barədə məhkəmə qərarı Moskvanı qəzəbləndirib.

Afinanın 500 kilometrliyindəki Salonikinin məhkəməsi iyulun 13-də 38 yaşlı Aleksandr Vinnikin Fransaya təslim edilməsinə dair qərar qəbul edib. Bu da qeyd olunur ki, Vinnik ötən il Yunanıstanda ABŞ-ın həbs barədə orderi ilə saxlanmışdı.

Bu məhkəmə hökmündən iki gün əvvəl Yunanıstan iki rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar qəbul etmişdi.

Afina rusiyalı diplomatları Yunanıstanın Makedoniya ilə danışıqlarına əngəl yaratmaqda ittiham edirdi.

Yunanıstan və Makedoniya arasında əldə edilmiş razılaşma Makedoniyanın NATO üzvlüyünə yolunu açıb. Makedoniyanın NATO-ya qəbul edilməsi səyləri Moskvanı hiddətləndirmişdi.

Bu razılaşmadan əvvəl Yunanıstan Makedoniyanın NATO üzvlüyünə blok qoyurdu. Afina, keçmiş Yuqoslaviya respublikası adının dəyişdirilməsinə razılıq verdikdən sonra bu etirazını geri götürüb.

Rusiya XİN iyulun 13-də verdiyi bəyanatda bildirir: “Rusiya diplomatlarının ölkədən qovulmasına dair qeyri-dost qərardan sonra onlar Aleksandr Vinnikin Fransaya ekstradisiyası barədə hökm çıxarıblar. Tamamilə aydındırdır ki, Rusiya bu cür hərəkətləri cavabsız buraxa bilməz”.

Fransa Vinniki çirkli pulların yuyulması, cinayətkar qrupa üzvlük və reket kimi cinayətlərdə ittiham edir.

Bundan əvvəl Yunanıstanın ali məhkəməsi Vinniki milyardlarla dollar çirkli pulun yuyulmasında ittiham etmişdi.

Vinnik özünə qarşı bütün ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG