Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

82 yaşlı Bouteflika beşinci müddətə prezident olmayacağını deyir


Abdelaziz Bouteflika
Abdelaziz Bouteflika

Səhhətində problemlər olan Əlcəzair prezidenti Abdelaziz Bouteflika deyib ki, beşinci müddətə prezidentliyə namizədlik verməyəcək.

Bouteflika onun iki onillik davam edən hakimiyyətinə qarşı keçirilmiş kütləvi etirazlardan sonra islahatların keçiriləcəyini vəd edib.

Prezident administrasiyası martın 11-də bəyan edib ki, aprelin 18-ə təyin edilmiş prezident seçkisi təxirə salınır və yeni konstitusiya layihəsinin tərtibi üçün müstəqil komitə yaradılır.

2013-cü ildə keçirdiyi insultdan sonra xəstə olan Bouteflika bundan əvvəl beşinci müddətə prezident seçilmək niyyətində olduğunu bəyan etmiş və bununla da izdihamlı küçə etirazlarının başlanmasına səbəb olmuşdu.

Etirazçılar onun hökumətini korrupsiyada ittiham edirlər.

İndi isə 82 yaşlı Bouteflika deyir ki, “aprelin 18-də prezident seçkisi olmayacaq”.

O bildirib ki, “bundan məqsəd sizin təcili tələblərinizə cavab verməkdir”.

Bu addımın ardınca baş nazir Ahmed Ouyahia istefa verib və Bouteflika-nın yaxın çevrəsinə daxil olmadığı deyilən daxili işlər naziri Noureddine Bedoui yeni baş nazir elan olunub.

Bouteflika İsveçrədə müalicə olunduqdan sonra martın 10-da Əlcəzairə qayıdıb.

Əlcəzair Afrikanın ən böyük neft hasilatçılarından biridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG