Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:27

Əlcəzairdə prezidentə qarşı etirazlar davam edir


Əlcəzairdə etiraz aksiyası

Əlcəzair prezidenti Abdelaziz Bouteflika martın 10-da Cenevrədən vətəninə dönməlidir.

Prezident 2 həftədir ki, Cenevrədə müalicədə idi.

Bu arada isə ölkə paytaxtı Əlcəzair və ölkənin digər şəhərlərində onun prezidentliyə namizədliyinə qarşı kütləvi nümayişlər keçirilir.

Bu nümayişlər artıq bir həftədən çoxdur ki, davam edir.

Reutersin məlumatına görə, ordu generalları nümayişçilərə rəğbətlə yanaşırlar. Baş gərərgah rəisi bəyan edib ki, ordu ilə xalqın maraqları eynidir.

General Gaed Salah televiziya ilə müraciətində ölkədəki etiraz aksiyaları barədə heç nə deməyib.

Prezidentin ətrafındakı mənbə Reutersə bildirib ki, prezident martın 10-da ölkəyə dönməyi planlaşdırır.

Əlcəzair hökumətinin təyyarəsi elə həmin gün Cenevrə hava limanına enib.

Əlcəzairdə növbəti prezident seçkisi bu il aprelin 18-də olacaq.

Abdelaziz Bouteflika 1999-cu ildən dövlət başçısıdır. 2013-cü ildə həyatına sui-qəsd edilib, bundan sonra əlil arabasında gəzir və ictimaiyyət arasında az görünür.

İsveçrə mediasının yazdığına görə, o hazırda Cenevrədəki Universitet klinikasında müalicə olunur.

XS
SM
MD
LG