Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 14:29

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Duncan-ın Azərbaycana gələcəyi bildirilir.

Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xəbərdə vurğulanır ki, o, sentyabrın 14-ü Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilə kimi işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.

2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilə kimi işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin,yataqlar blokunun 2050-ci ilə kimi işlənməsindən ötrü niyyət məktubu imzalayıblar.

Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açmalıdır. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

Bu ay prezident İlham Əliyev də yaxın günlərdə AÇG yataqlar blokunun 2050-ci ilə kimi işlənilməsinə dair müqavilənin imzalanacağını bildirmişdi.

Xatırlatma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

2001-ci ildən“Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından Azərbaycanın 130 milyard dollar yaxınvəsait əldə etdiyi bildirilir.

Layihə iştirakçıları BP (35,78 faiz), Chevron (11,27 faiz), ExxonMobil (8 faiz ), ONGC (2,72 faiz ), SOCAR (11,65 faiz) şirkətləridir.

Yataqda, habelə Inpex Corp, ITOCHU Oil, Statoil və TPAO şirkətlərinin də payı var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG