Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Erdoğan partiyasının daha bir seçki tələbi rədd edildi


Aprelin 17-də CHP tərəfdarları Ekrem İmamoğlunun mandat almasını belə qeyd ediblər
Aprelin 17-də CHP tərəfdarları Ekrem İmamoğlunun mandat almasını belə qeyd ediblər

Türkiyənin Ali Seçki Şurası prezident Recep Tayyip Erdoğanın hakim partiyasının daha bir müraciətini rədd edib.

Reuters yazır ki, hakim AKP Ali Seçki Şurasına 2016-cı ildə baş tutmamış dövlət çevrilişinə görə hökumət tərəfindən hüquqları alınmış vətəndaşların seçkidə iştirakının və onların səslərinin legitim olmadığı barədə müraciət etmişdi.

AKP üç həftə bundan əvvəl təqdim etdiyi etiraznamədə Türkiyədə qısaca KHK adlanan (Qanun Hökmündə Qərarnamə) bu adamların seçkidə iştirakının qanunsuzluğunu iddia edərək bir sıra yerlərdə, o cümlədən İstanbulda bələdiyyə seçkisinin yenidən keçirilməsini istəmişdi.

Reuters xatırladır ki, silsilə təkrar səssaymalarından sonra alınan ilkin nəticələrə görə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu İstanbulda 13 min səs fərqi ilə qalib gəlib.

O, AKP-nin seçki nəticələrinin, iddia edilən pozuntulara görə ləğv olunmasına dair müraciətinə baxmayaraq artıq aprelin 17-də İstanbul bələdiyyə rəisinin mandatını rəsmən qəbul edib.

Reuters bildirir ki, Ali Seçki Şurası AKP-nin “mütəşəkkil fırıldaq” adlandırdığı pozuntulara görə seçkilərin ləğv olunması və səsvermənin yenidən keçirilməsi barədə hələki qərarını açıqlamayıb.

Ali Seçki Şurası bundan başqa həm də AKP-nin iddialarına görə ölənlərin adından, habelə qanunsuz və ya iki dəfə səs verdiyi deyilən 41132 seçicinin araşdırılması ilə məşğul olmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG