Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 10:34

İmamoğlu İstanbul bələdiyyə başqanı oldu


Ekrem İmamoğlu
Ekrem İmamoğlu

Bu gün – aprelin 17-də müxalif CHP-dən Ekrem İmamoğlu İstanbul bələdiyyə başqanı elan olunub.

İmamoglu özü Facebook səhifəsində canlı yayımda “16 Milyon İstanbullu’nun mazbatasını alıyorum” sözlərini yazıb.

Artıq İstanbulda səslərin təkrar sayılması başa çatıb.

Prezident Recep Tayyip Erdogan-ın hakim AKP-si isə şikayət verərək səslərin yenidən sayılmasını istəyirdi.

AKP tərəfdarları
AKP tərəfdarları

31 mart seçkisinin ilkin nəticələrinə görə, CHP AK Partini azacıq geri qoyaraq önə çıxmışdı. Ancaq hakim partiya səslərin yenidən sayılmasını tələb etdiyindən nəticələrin elanı yubanırdı.

16 günlük apelyasiya və təkrar sayımdan sonra AKP aprelin 16-da Ali Seçki Şurasına (YSK) müraciət edərək İstanbulda seçkinin ləğv olunmasını istəyir, pozuntuların olduğunu bildirirdi.

AKP həm də rəsmiləri apelyasiya şikayəti üzrə qərar verilənədək İmamoğlunun mandat almasını önləməyə çağırmışdı.

Ancaq İmamoğlu demişdi ki, çərşənbə günü şəhər boyunca təkrar sayım bitir və o, YSK-dan rəsmi mandatı alan kimi bələdiyyə sədri olaraq işə başlayacaq. Onun sözlərinə görə, AKP rəsmilərə qərar çıxarmaları üçün təzyiq göstərir.

AKP müttəfiqi MHP ilə birlikdə İstanbulun Maltepe rayonunda da nəticələrin ləğv olunması üçün müraciət edib. Burada da CHP-nin namizədinə artıq mandatı təqdim olunub.

Seçkinin nəticələri ilə bağlı qeyri-müəyyənlik maliyyə bazarlarına təsirini göstərib, lirə 5 faizədək ucuzlaşıb.

Bu seçkidən AKP ölkə üzrə daha çox yer qazansa da, İstanbul, Ankara daxil bir sıra böyük şəhərlərdə uduzması Erdogan üçün ciddi məğlubiyyət sayılır.

XS
SM
MD
LG