Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 00:17

Çovdarovun mühakimə olunacağı yer dəyişdirilib


Akif Çovdarov kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

Akif Çovdarov kimdir?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun məhkəməsinin keçiriləcəyi yerin dəyişdirildiyi bildirilir.

Xəbəri APA yayıb.

Xəbərə görə, A.Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası sentyabrın 20-si saat 11.00-da Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

A.Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işinə Bakı Hərbi Məhkəməsində baxılacağı bildirilirdi.

Məkanın dəyişdirilməsinə səbəb kimi isə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında zalların geniş və daha müasir şəraitdə təchiz olunması göstərilir.

Sabiq rəis qanunsuz azadlıqdan məhrum etmə, mənimsəmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, qanunsuz silah əldə etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə və səlahiyyət həddini aşmada günahlandırılır. Digər 4 nəfər də quldurluq, mənimsəmə və daha bir neçə ağır cinayətdə ittiham edilir.

A.Çovdarov və digərləri ötən ilin noyabrında həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir. Vəkillərinin bildirməsinə görə, A.Çovdarov və onunla həbs olunanlar ittihamları qəbul etmir.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG