Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 12:38

Akif Çovdarovun həbs müddəti artırıldı


Akif Çovdarov nəzarət altında...
Akif Çovdarov nəzarət altında...

-

Məhkəmə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun həbs müddətini 3 ay uzadıb.

Bu haqda Trend məlumat verir.

Ləğv edilən MTN-in energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin sabiq rəisi 2016-cı ilin noyabrında 3 aylığa həbs olunmuşdu.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə də işi açılıb.

“MTN işi” ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə təqsirləndirilən şəxs qismində həbs olunub. Onlardan bir çoxunun həbs müddəti uzadılıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra, onun bazası əsasında 2 qurum yaradılıb. BunlarDövlət Təhlükəsizliyi Xidməti vəXarici Kəşfiyyat Xidmətidir.

Akif Çovdarov kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00

______________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG