Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Avropa Türkiyənin insan haqlarını tənqid edir


Avropa Komissiyası Türkiyəni ölkədə insan haqlarlının və demokratiyanın vəziyyətini tez bir zamanda yaxşılaşdırmağa çağırıb.

Avropa Komissiyası Türkiyəni ölkədə insan haqlarlının və demokratiyanın vəziyyətini tez bir zamanda yaxşılaşdırmağa çağırıb.

Türkiyənin Avropa Ittifaqina üzvlüyü perspektivlərinə həsdr olunmuş illik hesabatda deyilir ki, ölkədə son iki ildə ifadə azadlığı ilə bağlı ciddi geriləmə müşahidə olunur.

Hesabatda prezident Recep Tayyip Erdoğanın adı çəkilməsə də, qüdrətli prezidentin bir sıra siyasətləri ciddi tənqid olunur.

Hesabatda həmçinin bildirlir ki, ədliyyənin müstəqilliyi prinsipi pozulub və yeni qanunlar Avropa İttifaqı standartlarına ziddir.

Avropa İttifaqının hesabatı Türkiyədə parlament seçkilərindən dərhal sonra açıqlanıb. Parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyası mandat çoxluğunu bərpa edə bilib.

Xəbər verilir ki, hesabatın açıqlanması bir neçə həftə təxirə salınmışdı, çünki Türkiyə ilə Avropa İttifaqı arasında qaçqın probleminə dair danışıqlar davam edirdi.

Erdoğanın adı çəkilməsə də…

Hesabatda prezident Recep Tayyip Erdoğanın adı çəkilməsə də, qüdrətli prezidentin bir sıra siyasətləri ciddi tənqid olunur.

Türkiyənin yeni internet qanunu hakimiyətə istənilən internet saytını məhkəmə qərarı olmadan bloklamaq imkanı verir, bu isə Avropa standartlarına tamamilə ziddir

Sənəddə qeyd olounur ki, ifadə azadlığı istiqamətində bir neçə il uğurlu tərəqqidən sonra, son iki ildə ciddi geriləmə nəzərə çarpır.

“Jurnalistlərə, yazıçı və sosial media istifadəçilərinə qarşı davam etməkdə olan və yeni cinayət işləri, jurnalistlərin və media qurumlarının təhdid edilməsi, habelə hakimiyyətin media azadlığını məhdudlaşdırmaq cəhdləri nəzərəçarpacaq narahatlıq yaradır” – deyilir hesabatda.

Hesabatda qeyd olunur ki, Türkiyənin yeni internet qanunu hakimiyətə istənilən internet saytını məhkəmə qərarı olmadan bloklamaq imkanı verir, bu isə Avropa standartlarına tamamilə ziddir.

PKK ilə sülhə çağırış

Hesabatda Türkiyənin dövlət təhlükəsizliyi sahəsində yaranmış problemlərdən də söz açılır, Türkiyə və Avropa İttifaqında qadağan edilmiş PKK ilə sülh danışıqlarının bərpasının zəruriliyi vurğulanır.

Diyarbakırda PKK ilə hökumət qüvvələri arasında toqquşmalar davam edir
Diyarbakırda PKK ilə hökumət qüvvələri arasında toqquşmalar davam edir

Seçkidən sonra cənab Erdoğan PKK-nın “məhv edilməsi” əzmini və prezident səlahiyyətlərinin artırılmasını təmin edəcək referendumun keçirilməsi niyyətlərini elan edib.

Bununla belə, AKP yeni parlamentdə çoxluğa malik olsa da, referendumun keçirilməsi qərarının qəbul olunnması üçün cənab Erdoğana daha 13 səs lazım gələcək.

AKP hazırda 550 yerlik parlamentdə 317 mandata malikdir, lakin referendum qərarının qəbul edilməsi üçün 330 səsə ehtiyac var.

Dərin dövlət

Avropa Komissiyası bildirir ki, zorakılığın artması insan haqlarının vəziyyəti üçün ciddi narahatlıq doğurur və antiterror tədbirlərini həyata keçirərkən bunların nəzərə alınması mühümdür.

Hesabatda deyilir ki, Türkiyədə 2014-cü ildən bəri ədliyyə və hakimiyyətlərin bölgüsü prinsipi pozulub, hakim və prokurorlara ciddi siyasi təzyiqlər edilib.

Hesabatda həmçinin Türkiyənin siyasi həyatında adı tez-tez çəklilən gizli qüvvə və ya “dərin dövlət”dən söz açılır.

Avropa Komissiyasl həmçinin korrupsiyaya qarşı kifayət qədər mübarizə aparılmamasını tənqid edib.

Türkiyə Avropa İttifaqı üzvlüyünə 1987-ci ildə müraciət edib, lakin bu sahədə 33 “müqavilə fəslindən” yalnız biri tamamlanıb.

XS
SM
MD
LG