Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:08

Azərbaycanlı sürücülər Aİ-95-in bahalanmasını necə qarşıladı? [video]


Tələbələr ali məktəblərdə rüşvətdən danışırlar
Gözlə

No media source currently available

0:00 0:14:38 0:00

Ali məktəblərdə rüşvət, Aİ-95 markalı benzinin bahalaşması... [A-Live]

Azərbaycan səhəri Aİ-95 markalı benzinin bahalaşması xəbəri ilə açdı - bu benzinin qiyməti 95 qəpikdən 1 manat 5 qəpiyə yüksəldi.

Bir azdan avtomobil sürməyənlər üçün də məlum oldu ki, ölkədə böyük əksəriyyət Aİ-92 benzini alır.

Sürücülər də qərardan çox narahat deyillər

Sürücülərlə aparılan sorğu:

"AI 95-i alanlar imkanlı adamlardır"
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Beləliklə, müşahidəçilər hesab etmir ki, bu benzinin bahalaşması ilə nəqliyyat xərcləri, mal və məhsulların maya dəyəri bahalaşacaq.

Buna da bax:​ AI-95 benzini bahalaşdı

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyir ki, keçən il ölkəyə 20 min tondan da az yüksək oktanlı, yəni, Aİ-95 və Aİ-98 markalı benzin idxal olunub. Bu isə ümumilikdə istehlak olunan benzinin təqribən 0,2 faizi həcmindədir.

Ölkədə benzin istifadəsi standartı yoxdur

İlham Şaban yada salır ki, Avropa Birliyi avtomobil yanacağı ilə bağlı standart tətbiq edir - minimum Avro 4 markalı benzindən istifadəyə icazə verilir.

Çünki aşağı keyfiyyətli benzin atmosferi daha çox çirkləndirir.

Buna da bax: Keçən il nələr, nə qədər bahalanıb?

“Bakı şəhərində 750 minə yaxın avtomobil var. Onlar atmosferə çirkli qaz buraxırlar. Avro 4 standartı ilə Avro 5 standartı arasında kəskin fərq var. Avro 4 standartı ilə Avro 3 standartı arasında 1000 dəfə fərq var. İndi təsəvvür edin ki, Avro 5 standartı ilə Avro 2 arasında neçə min dəfə fərq var. Avropada artıq Avro 6 standartı tətbiq olunur”.

Hazırda kütləvi alınan Aİ-92 benzini Aİ-95 benzinindən 35 qəpik ucuzdur.

Ölkədə hansı benzini istifadə etməklə bağlı standart yoxdur.

Mütəxəssislər deyirlər ki, Aİ-95 benzini ilə işləyən avtomobilin ömrü daha uzun olur.

Buna da bax:​ 'Nefti benzinə çevirsəydik, 5 dəfə artıq qazanardıq'

Azərbaycan Avro-5 benzin istehsal edə bilərmi?

İqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycan özü yüksək keyfiyyətli benzin istehsal edə bilərdi.

“İtaliya və İsrail bizdən aldıqları xam neftdən Avro-5 standartında benzin, əla mühərrik yağı istehsal edib bütün dünyaya satır. 1 barrel neftdən 102 litr benzin, 5 litr mühərrik yağı, 170 şam alınır. Ümumiyyətlə, 1 barrel nefti emal edib satarkən, xam məhsuldan 5 dəfə artıq pul qazanmaq olur”.

Buna da bax:​ Yağların qiyməti artıb

Neft Araşdırmaları Fondunun sədri İlham Şaban isə yada salır ki, 2015-ci ildə hökumət Avropa standartına uyğun benzin istehsal etməyə qərar vermişdi və Heydər Əliyev adına neft emalı zavodunda modernizasiya stansiyasının qurulması nəzərdə tutulmuşdu. Məqsəd 2020-ci ilə qədər Aİ 95 markalı benzin istehsal etmək idi. Amma İlham Şaban əlavə edir ki, belə görünür ki, manatın ucuzlaşması bunun baş verməsini yubadacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG