Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 19:13

İran dövlət televiziyasının verdiyi məlumata görə, prezidentliyə namizədlərin yoxlanışına cavabdeh dövlət qurumu Mahmud Ahmadinejad-ın gələn ay keçiriləcək prezident seçkisində namizəd kimi iştirakını qadağan edib.

AzadlıqRadiosu yazır ki, bundan əvvəl İranın ali rəhbəri ayətullah Ali Khamenei ona namizədliyini verməməyi tapşırmışdı. Buna baxmayaraq Ahmadinejad namizədliyini verərək İran cəmiyyətini və politoloqları bərk təəccübləndirmişdi.

2005-2013-cü illərdə İran prezidenti olmuş Ahmadinejad daha çox özünün sərt anti-İsrail bəyanatları ilə tanınır.

O dəfələrlə Holokostun əslində baş verdiyini şübhə altına alır, İranın nüvə proqramının sürətləndirilməsinə çalışırdı.

Khamenei demişdi ki, Ahmadinejad-ın namizədliyi “qütbləşmə vəziyyəti” yaradaraq ölkəyə “ziyan vura bilər”.

Dövlət televiziyası bunu da xəbər verib ki, hazırkı prezident Hassan Rohani və onun əsas rəqibi, sərt xətt-hərəkət tərəfdarı olan ruhani xadim Ebrahim Raisinin namizədlikləri təsdiq edilib.

56 yaşlı Raisinin seçki zamanı İranın mühafizəkar elementlərinin, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun geniş dəstəyini cəlb edəcəyi gözlənilir.

2015-ci ildə İran və dünya gücləri arasında imzalanmış nüvə sazişi prezident Rohaninin populyarlığını artırsa da, bu hadisənin böyük iqtisadi sıçrayışa səbəb olmaması cəmiyyətdə məyusluq yaradıb.

Namizədləri təsdiq edən Nəzarət Şurası aprelin 20-də bəyan edib ki, prezident seçkisində iştirak edəcək namizədlərin siyahısı tamamlanıb və siyahı tam şəkildə aprelin 23-də dərc olunacaq.

Rəsmilər bildirirlər ki, bu seçkidə iştirak üçün 137 qadın da daxil 1636 nəfər namizədliyini verib.

Bir qayda olaraq seçkiyə təxminən 6 namizəd buraxılır.

Nəzarət Şurası namizədlərin ölkənin dini quruluşuna loyallığını müəyyən edir. Şura 2013-cü ildə keçmiş prezident Akbar Hashemi Rafsanjaninin namizədliyini təsdiq etməmişdi.

Təşviqat kampaniyasının aprelin 28-dən mayın 19-dək davam edəcəyi gözlənilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG