Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 17:15

Partiyanın rayon fəallarına xəbərdarlıq


Ağsu sakinləri də etiraz aksiyası keçirir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Ağsu sakinləri də etiraz aksiyası keçirir

-

Yanvarın 14-də Klassik Xalq Cəbhəsi Partiyasının Ağsu rayon təşkilatının sədri Yaqub Babalı və Ali Məclisin üzvü Elşən Əlisoy polis şöbəsinə çağrılıblar. Bu haqda AzadlıqRadiosuna Elşən Əlisoy məlumat verib.

Onun sözlərinə görə, Ağsu rayon polis idarəsinin rəisi Eldar Paşayev onlara icazəsiz aksiyalarda iştirak etməməklə bağlı xəbərdarlıq edib.

"Əks halda işin məhkəməyə göndəriləcəyini bildirdi. Biz də dedik ki, həmin akisya planlaşdırılmamışdı. İnsanlar bir araya gəlib icra hakimiyyətinin qarşısına gedərək etirazlarını bildirmək istəyiblər. Biz də bir rayon sakini kimi onlara qoşulub sözümüzü demişik", - Elşən Əlisor söyləyir.

Yanvarın 13-də Ağsunun mərkəzində etiraz aksiyası keçirilib.

Aksiyaçılar Heydər Əliyev parkından İcra hakimiyyətinin binası qarşısına yürüş ediblər. Onlar işsizlik və bahalaşma kimi problemlərin həllini tələb eidblər.

XS
SM
MD
LG