Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 08:42

Bu, ağdamlı ailənin doğradığı sonuncu odundur...


Aghdam (Agdam). Chamanli village. Sahib Asadov. Azerbaijan. dec.2016

“100 manat borca görə 1 ildir qazı kəsiblər. Ancaq düşünmürlər ki, 50 manat təqaüd alan xəstə o 100 manatı necə ödəsin?”

Ağdamın Çəmənli kəndində yaşayan Aytəkin Əsədova AzadlıqRadiosuna danışır ki, 1 ildir yaşadıqları ünvana gələn qaz xətti borca görə kəsilib. Yerli qaz idarəsi imkansız ailəyə heç bir halda güzəşt edib qaz xəttini birləşdirmək istəmir. Şikayətçinin sözlərinə görə, ailəyə bircə atası Sahib Əsədovun aldığı 50 manat təqaüd gəlir. Bu pulla nəinki borc ödəmək, yaşamaq da mümkün deyil:

“Təsəvvür edirsiz, bu boyda külfətdən ibarət evin qapısından cəmi 50 manat girir. O da atamın təqaüdü... İş üçün müraciət edirik, deyirlər, ‘iş nə gəzir?’ Ətin, yağın, isti yeməyin dadını çoxdan unutmuşuq. Heç olmasa, hökumət bunu nəzərə alsın. Axı, hökumət bizim kimi ailələrə də hardasa güzəşt nəzərdə tutmalıdır. Kasıbıq deyə, yığılaq ölək?”

Buna da bax:​ Masallıda gecələrdən qorxan ailə

“PUL DA, KÖMƏK DƏ QOHUMLARA, TANIŞLARA VERİLİR”

Ailənin odun almağa imkanı yoxdur, həyətdəki ağacları çoxdan kəsib yandırıblar. İndi isinməyə qonşulardan odun istəyirlər:

Qaz xətti çoxdan borca görə kəsilib.
Qaz xətti çoxdan borca görə kəsilib.

“Soyuqdan ailədə hamı yerdə xəstə yatır. Atam müharibədə kəllə-beyin travması alıb, əlillik təyin etmək üçün pul istədilər. Halbuki, müharibədə almışdı xəsarəti. Bununla belə, atam pul verdi ki, əlillik təyin olunsun, heç olmasa, bir az çox pensiya alsın, acından ölməyək. Ancaq o pulu da basıb yedilər”.

Aytəkin Əsədova deyir, aprel döyüşləri zamanı kənddə zərər çəkmiş evlərdən biri də onların evidir. Bəzi evlərə pul yardımı edilib ki, təmir işləri aparsınlar. Ancaq ailə bu yardımdan da kənarda qalıb:

“Qırmızı Xaç Cəmiyyəti 700 manatdan pul payladı. Kənddə bu pulu alanlar var, gəlib danışdıra da bilərsiz. Ancaq bizə vermədilər. Halbuki, evimiz aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşüb. Pul da, kömək də yalnız icra hakimiyyətində yaxın qohumu, tanışı işləyənlərə verilir”.

Buna da bax:​ Masallıda borca görə bütöv qəsəbənin qazı kəsilib

“BORCUN BİR QİSMİNİ ÖDƏSİNLƏR”

Ağdam rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, ailənin yaşadığı ünvana qaz xəttinin bərpa olunması üçün gərək ailə, heç olmasa, borcun bir qismini ödəsin:

“Qaz idarəsi ayrıca qurumdur, bizlik olsaydı, nə vardı ki... Ailə gərək, heç olmasa, borcun müəyyən hissəsini ödəsin ki, qaz xətti birləşdirilsin. O ailə bizə dəfələrlə dolanışığa, qaldıqları evin qəzalı olmasına görə müraciət edib. Ancaq bizim büdcədə bu məsələlərə görə vəsait nəzərdə tutulmayıb. Təəssüf... Evə də baxış keçirilib, məlum olub ki, o ev istismar müddəti ötmüş evdir və əvvəldən də qəzalı vəziyyətdə olub”.

Buna da bax:​ 'Meşələri kəsib obyektlər tikməsəydilər, indi sürüşməzdik'

Əsədovlar ailəsi son çıxışı ölkədən getməkdə görür. Ancaq necə? Aytəkin Əsədova deyir, kasıbçılıqdan uçurumun ucunda dayanmış ailəyə hökumət kömək etməsə, ailəlikcə xarici səfirliklərə üz tutacaqlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG