Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:08

Ağ Ev: Ukrayna böhranı çözülənədək Moskva üzərindəki sanksiyalar qalacaq


Ağ Evin mətbuat katibinin müavini Sarah Huckabee Sanders

Ağ Ev sözçüsünün açıqladığı bəyanata görə, ABŞ prezidenti Donald Trump deyib ki, Rusiya üzərinəonun Ukraynaya müdaxiləsinə görə qoyulmuş sanksiyalar bu böhran çözülənədək qüvvədə qalacaq.

Xanım Sarah Huckabee Sanders iyunun 8-də deyib ki, Birləşmiş Ştatlar “Rusiyaya qarşı mövcud sanksiyaların saxlanmasına sadiqdir”.

O bildirib ki, administrasiya bu sanksiyaları “Moskva Ukraynadakı böhranın çözümündəki öhdəliklərinə ehtiram göstərənədək saxlayacaq”.

Xanım Sanders kameralarsız brifinqdə müxbirlərə deyib: "Biz inanırıq ki, icra hakimiyyətinin mövcud sanksiyaları Rusiyanın öz öhdəliklərini yerinə yetirməyə məcbur edilməsində ən yaxşı alətdir”.

Birləşmiş Ştatlar və başqa Qərb ölkələri Moskva üzərinə sanksiyaları 2014-cü ildə Rusiyanın Krımı qanunsuz ilhaqı və onun Ukraynanın şərqindəki separatçılara dəstəyi ilə əlaqədar qoyub.

Bundan əvvəl prezident Donald Trump özünün bu sanksiyalara bağlılığına dair müttəfiqləri arasında şübhə yaratmışdı, o prezident Putini tərifləyir vəMoskva ilə daha yaxın münasibətlərə can atdığını bildirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG