Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Əhalinin Afrinin mərkəzini tərk etdiyi xəbər verilir


Suriyanın şimalında Türkiyə qoşunlarının hücumu altında olan kürd anklavının əhalisi şəhərin mərkəzi hissəsindən ətraf kəndlərə köçməyə başlayıb .

Ərəb və Türkiyə telekanalları Afrinin mərkəzini maşınlarda və piyada tərk edən adamları göstərir.

Associated Press agentliyi xəbər verir ki, Türkiyə qoşunlarının hücumu martın 14-dən bəri şiddətlənib. Həmin gün Türkiyə prezidenti Recep Tayyip Erdoğan Afrinin axşamadək tam mühasirəyə alınacağına ümid etdiyini bildirmişdi.

Martın 14-də şəhər mərkəzinin atəşə tutulması nəticəsində 7 nəfərin həlak olduğu xəbər verilib.

Bu arada prezidnet Erdoğan Suriyadakı kürd anklavına hücumun dayandırılmasına Avropadan ucalan çağırışları rədd edib.

AP xəbər verir ki, Avropa Parlamenti Suriya ilə bağlı qətnamə layihəsinin müzakirəsinə hazırlaşır.

Türkiyə mediasında yayılan xəbərlərə görə bu qətnamədə Türkiyənin Suriyadakı hücumuna son qoymasının və Türkiyə qoşunlarının Afrindən çıxarılmasının tələb olunacağı gözlənilir.

Erdoğan Avropa Parlamentinə müraciətlə demişdi ki, Türkiyənin Suriyadakı hücum əməliyyatı məqsəd əldə edilənədək dayandırılmayacaq.

Türkiyə Afrin anklavı üzərinə hücum əməliyyatına yanvarın 20-də başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG