Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 23:54

Afiəddin Məmmədova 30 sutka verilib


Afiəddin Məmmədov
Afiəddin Məmmədov
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in mətbuat xidmətindən qeyd edilib ki, məhkəmə qərarı ilə müəyyən edilən borc öhdəliyindən yayındığına görə, axtarışda olan Afiəddin Məmmədovun yeri müəyyən olunaraq saxlanılıb: "Onun barəsində toplanmış materiallara baxılması üçün məhkəməyə göndərilib. Məmmədova məhkəmənin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası verilib".

Yaxınları da Afiəddin Məmmədovun avqustun 1-də saxlandığını açıqlamışdılar. Onların isə əlavə etməsinə görə, A.Məmmədovun saxlanması Azərbaycan paytaxtı Bakıda mopedlərlə qida daşıyan kuryerlərin polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq keçirdiyi tədbirdən sonra baş verib.

"Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli də demişdi ki, Məmmədov Bakı metrosunun "Əhmədli" yaxınlığında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilib və orada dindirilib.

Ə.Məmmədlinin sözlərinə görə, polis mopedlərinin mühərriklərinin həcminin 50 kubsantimetrə qədər olduğunu əsas gətirərək, kuryerlərdən qanunverciliyə əsasən A kateqoriyalı sürücülük vəsiqəsi tələb edir.

Bu, 2022-ci ilin dekabrn 16-da qanunvericviliyə edilən yeni dəyişiklik qüvvəyə mindikdən sonra baş verib. O zaman Milli Məclis "Yol hərəkəti" haqqında qanuna dəyişiklik edib.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası (HİK) və Kuryer Birliyi Həmkarlar İttifaqının yeni qüvvəyə minmiş qanunla bağlı bəyanatında isə deyilir ki, motosiklet sürücülərinin qeydiyyat nişanı alması üçün gömrük bəyannaməsi lazımdır. Müəlliflərə görə, motosikletlərin satıldığı bir çox yerlər bununla bağlı müvafiq sənədi təqdim etmirlər.

Lakin bəyanata ölkəyə motosiklet gətirən və onun satışı ilə maşğul olan qurumlardan münasibət almaq mümkün olmayıb.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasını 2022-ci il martın 1-də bir qrup işçi fəallar təsis edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG