Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:17

Əfqanıstan müharibəsindən qaçıb Avropada güllələnmək


Qətliamın törədildiyi yer - Strasburqun Milad bazarı
Qətliamın törədildiyi yer - Strasburqun Milad bazarı

İyirmi il bundan əvvəl Əfqanıstan müharibəsindən qaçıb Avropaya pənah gətirmiş və dekabrın 11-də Strasburqdakı Milad bazarında hücuma məruz qalaraq güllələnmiş Kamal Naghchband dekabrın 14-də torpağa tapşırılıb.

45 yaşlı üç uşaq atası Fransaya yeni həyat qurmaq üçün gəlmişdi, amma Milad bazarında “Allahu-əkbər” qışqıran şəxsin güllələdiyi dörd qurbandan biri oldu.

Mərhumun qohumlarından biri AFP agentliyinə deyib: “O Milad bazarına baxmağa gəlmişdi, lakin burada uşaqlarının gözləri qarşısında güllələndi”.

Naghchband təcili xəstəxanaya aparılsa da, aldığı yaralardan burada ertəsi gün keçinib.

Strasburq məscidində keçirilən dəfn mərasiminə yüzlərlə insan gəlmişdi. Mərhumun elə burda, məscidin qonşuluğunda şərikli bir emalatxana qarajı var.

Milad bazarındakı qətliamı törətməkdə şübhəli bilinən Cherif Chekatt polisin axtarış plakatında
Milad bazarındakı qətliamı törətməkdə şübhəli bilinən Cherif Chekatt polisin axtarış plakatında

Məscidin imamı Eyup Şahin hüzrə toplaşanlara deyib: “Bizim şəhid qardaşımız Kamal deyir ki, bu dünyadakı anlarınızı yaxşlıq etmək üçün yaşayın”.

İmam deyib ki, “əsl insan müsəlmana, yəhudiyə, xristiana və ya ateistə yox, bütün bəşəriyyətə yaxşı olan insandır”.

Naghchband-in Facebook səhifəsindən görünür ki, o əslən Kabuldan olub və Əfqanıstanın Məzari-Şərif şəhərində təhsil alıb.

Qohumu deyir ki, o çox zarafatcıl və nəzakətli insan olub:

“Adamlar onun qarajına təkcə maşın düzəltdirmək üçün yox, həm də onunla qəhvə içib söhbət etməyə görə gedirdilər”.

Naghchband-in həyatına son qoymuş hücumu törətməkdə şübhəli bilinən 29 yaşlı müsəlman Cherif Chekatt isə dekabrın 13-də polislə atışmada öldürülüb.

Özünü İslam Dövləti adlandıran təşkilat iddia edib ki, Chekatt onun davamçılarından biridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG