Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 00:42

Kabildə Amerika universitetinə hücum edilib


Foto arxiv
Foto arxiv

Əfqanıstanın paytaxtı Kabildə bir qrup yaraqlı Amerika universitetinə hücum edib.

Universitetin həyətindən partlayış və atışma səsləri eşidilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Seddiqi hələlik yaraqlıların sayının bəlli olmadığını deyir. O, təhlükəsialik qüvvələrinin universitetin həyətinə girdiklərini bildirib.

Həkimlər azı 14 nəfərin yaralandığını deyirlər.

Universitetdən qaçan Roman Dehsabzwal adlı tələbənin dediyinə görə kompleksin içərisində azı 300-dək tələbə qalıb. O, əvvəlcə partlayış törədildiyini, sonra isə atışma başlandığını deyir.

Qeyd edək ki, iki həftə əvvəl həmin universitetin bir avstraliyalı və bir amerikalı müəllimi naməlum silahlı adamlar tərəfindən oğurlanıb.

Onların yeri hələ də bəlli deyil.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Amma bu cür hücumları ölkədə adətən talibançılar törədir.

XS
SM
MD
LG