Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:34

Tbilisidə Əfqan Muxtarlı ilə bağlı dinləmələr olub


Əfqan Muxtarlı məhkəməyə gətirilir. 16 iyun, 2017

“Əfqan Muxtarlı işi üzrə istintaqın nəticəsiz uzanması Gürcüstanın nüfuzuna ciddi zərər vurur”.

“Turan” Agentliyinin xəbərinə görə, gürcüstanlı vəkil Archil Chopikashvili həbsdəki jurnalist Əfqan Muxtarlı ilə bağlı Tbilisidə təşkil olunmuş ictimai dinləmələrdəki çıxışında belə deyib.

Dünən, iyulun 21-də axşam baş tutan dinləmələri International Partnership for Human Rights (IPHR) təşkilatı düzənləyib.

Archil Chopikashvili istintaqın gedişi iləı bağlı məlumat verib. O, artıq istintaqın prokurorluğa verildiyini deyib.Əlavə edib ki, polisdə olduğu zaman istintaqın düzgün qaydada - qanunvericiliyin tələblərinə uyğun aparılmayıb. Vəkilin qənaətincə, polis imitasiya ilə məşğul olub, zəruri zamanlarda zəruri addımları atmayıb.

Əfqan Muxtarlının xanımı Leyla Mustafayevaya da deyib ki, əvvəlcə başqa ölkələrlə müqayisədə regionda Gürcüstan müstəqil fəaliyyət göstərməkdən ötrü onlara daha münasib ölkə kimi görünüb.

Təxminən bir il yarım yaşadıqları müddətdən sonra Azərbaycan hökümətinin Gürcüstana təsirvə qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsini müşahidə ediblər. Bununla belə O, Əfqan Muxtarlının oğurlanmasını gözləmədiklərini deyib.

`Freedom Now` beynəlxalq hüquq müdafiə təşkilatının icraçı direktoru Maran Turner isə bildirib ki, dissidentlərdən ötrütəhlükəsiz olan bir ölkədə Əfqan Muxtarlı hadisəsi olduqca məyus edicidir.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyi isə Əfqan Muxtarlı olayında mənfi rol oymanaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Bununla belə istintaq başa çatana kimi bu ölkənin Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərləri Əfqan Muxtarlıya görə işdən çıxarılıblar. (Ətraflı video)

Əfqan Muxtarlıya görə gürcü rəislər işdən çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

Daxili işlər naziri deyib ki, biz əməkdaşlarımızın günahsızlığına inanırıq. Ancaq istintaq heç bir versiyanı istisna edə bilməz.

XATIRLATMA

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlıbir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG