Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 19:47

ADR üzvünün saxlandığı bildirilir


Hüseyn Məlik

H.Məlik: «Mənə izah etmək istəyirdlər ki...»

Dünən, oktyabrın 17-də axşam saatlarında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlikin sərbəst buraxıldığı açıqlanıb.

H.Məlik özü AzadlıqRadiosuna deyib ki, iki saat Səbail rayon Polis İdarəsində saxlandıqdan sonra sərbəst buraxılıb: «İki saata yaxın polis rəhbərliyi mənimlə «profilaktik» söhbət apardı. Mənim də anladığım bu idi ki, bu adamlar mitinqlə bağlı narahatdırlar. Mənə izah etmək istəyirdilər ki, Bakı şəhər İcra Hakimiyyətinin icazə verdiyi ərazidən kənarda mitinq keçirmək qanunsuzdur və bunun qarşısı alınacaq. Hətta bununla bağlı paytaxtın polis rəhbərliyinin mitinq təşkilatçılarına xəbərdarlıq etdiyini də diqqətə çatdırdılar».

Onun sözlərinə görə, qarşısına xəbərdarlıq mətni qoyulub və imzalamasını istəyiblər: «Mən də mətni oxuyub imza atdım, bundan sonra sərbəst buraxıldım».

H.Məlikin dediklərini, hələlik, Səbail rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Oktyabrın 17-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məlikin saxlandığı deyilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Hərəkatın sədri Qubad İbadoğlunun sözlərinə görə, Hüseyn Məliki saat 18:30-da evinin qarşısında heç bir səbəb göstərilmədən polis əməkdaşları saxlayaraq Səbail rayon Polis İdarəsinə aparıblar:

"Hazırda onun telefonuna zəng çatmır və onunla əlaqə saxlamaq mümkün deyil".

Qubad İbadoğlu vurğulayıb ki, saxlanma səbəbi Milli Şuranın oktyabrın 19- da keçirilməsi nəzərdə tutulan mitinqi ilə bağlıdır.

"Hüseyn Məlikin həbsi qanunsuzdur və o, dərhal azadlığa buraxılmalıdır", - deyə Q. İbadoğlu bildirib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən və Səbail rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Hüseyn Məlikin bundan əvvəl də saxlanıb, inzibati qaydada həbs edildiyi açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG