Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:15

Rusiya Suriyadakı qruplaşmalarının sayını azaldır


 Admiral Kuznetsov
Admiral Kuznetsov

Rusiya Suriyadakı qruplaşmalarının sayını azaldır.

Suriyanı ilk olaraq “Admiral Kutuzov” və “ Petr Velikiy” gəmiləri tərk edəcək.

RİA Novostinin məlumatına görə, bu barədə Rusiya ordusunun baş qərərgah rəisi Valeri Gerasimov məlumat verib.

“Rusiya silahlı qüvvələrinin ali komandanı Vladimir Putinin əmrinə əsasən müdafiə nazirliyi Suriyadakı quruplaşmalarının ixtisarına başlayıb”, deyə Gerasimov bildirib.

Onun sözlərinə görə “Admiral Kutuzov” təyyarədaşıyan gəmisi yanvarın 6-da Aralıq dənizindən Şimal dənizinə keçməyə başlayacaq.

Qeyd edək ki, bu günlərdə Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriyada atəşkəs elan edilib.

Suriyadakı Rusiya qruplaşmalarının komandanı Andrey Kartapolov yanvarın 6-da bildirib ki, təkcə dəniz aviasiyası son 2 ay ərzində Suriyada 420 uçuş edib və bütün hərbi tapşırıqlar yerinə yetirilib.

O, həmçinin Suriyada S-300 və S-400 kompleksləri əsasında vahid hava hücumlarından müdafiə sistemi yaradıldığını deyib.

“Admiral Kutuzov” gəmisi ötən il noyabrın 15-dən başlayaraq Suriya ərazisinə zərbələr endirib.

Gəmi bu müddət ərzində 2 qırıcı təyyarə itirib.

Təyyarələr gəmiyə enərkən qəzaya uğrayıblar, amma itki olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG