Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:21

Adil İsmayılovun fəaliyyəti 1 illik dayandırılıb


A.İsmayılov

Adil İsmayılovun vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb.

Bu barədə məlumatı Vəkillər Kollegiyasından (VK) da təsdiq ediblər. Oradan qeyd edilib ki, qərar Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında verilib.

Açıqlamaya görə, bu qərar intizam icraatı çərçivəsində qəbul edilib. Amma qurumdan intizam icraatının nədən ibarət olmasını söyləməyiblər: «Vəkillər Kollegiyası bununla bağlı şərh vermir. Əgər istəyirsə, haqqında tədbir görülən vəkil bu barədə açıqlama verə bilər».

A.İsmayılov isə, hələlik, məsələ ilə bağlı danışmaq istəməyib.

Xatırlama

Son illər Azərbaycanda fəaliyyət göstərən bəzi vəkillər ya Vəkillər Kollegiyasından çıxarılıb, ya da fəaliyyətləri müddətli dayandırılıb.

Bu şəxslərin bir çoxu müxalif siyasətçilərin, gənc fəalların və tənqidçi jurnalistlərin vəkilləri olublar. Həmin şəxslər siyasi təzyiq nəticəsi olaraq cəzalandırıldıqlarını açıqlayıblar. Amma Vəkillər Kollegiyasının rəhbərliyindən bunu onların mövcud qanunun tələblərini pozması ilə izah ediblər.

A.İsmayilov isə son zamanlar sosial şəbəkələrdə müdafiə etdiyi şəxslərlə bağlı keçmiş cinayət işlərinə aid bəzi paylaşımlar yayırdı. Həmin paylaşımların bir neçəsi qətl və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirinin keçmiş zabiti, mərhum Hacı Məmmədovun işi ilə bağlı idi. Orada söhbət bəzi cinayətlərdən hüquq-mühafizə orqanlarının əvvəlcədən xəbərdar olmalarından bəhs edilirdi.

Həmin statuslara hüquq-mühafizə orqanlarından hər hansı münasibət bildirilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG