Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:09

Bütün hərbi hissələrdə ‘açıq qapı’ günü keçiriləcək


Azərbaycanın müdafiə naziri Qarabağ bölgəsində əsgərləri mükafatlandırır

Novruz bayramı ərəfəsində, martın 17-də Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına “Açıq qapı” günü tədbirləri keçiriləcək.
Bu barədə Azərbaycan Müdfiə Nazirliyi məlumat yayıb.

Məlumatda bunun, ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi məqsədi daşıdğı qeyd olunur:

“Əsgər yaxınları, ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. “Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək”,məlumatda yazılıb.

Son illər Azərbaycandakı hərbi hissələrdə bayram ərəfəsində belə “Açıq qapı” günləri keçirilir.

Yaz fəsli ölkəyə bu il martın 21-də Bakı vaxtı ilə saat 01:58-də qədəm qoymalıdır.

Multimedia

XS
SM
MD
LG