Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Yanvar, şənbə, Bakı vaxtı 09:39

ABŞ taliblərlə danışıqları bərpa edib


Donald Trump Əfqanıstanda ABŞ hərbçiləri arasında 28 noyabr 2019

Şənbə günü ABŞ radikal "Taliban" hərəkatı ilə sülh danışıqlarını bərpa edib.

Məlumatlara görə, danışıqlar Qatarın paytaxtı Dohada aparılır. ABŞ administrasiyasındakı mənbənin "Amerikanın Səsi"nə verdiyi məlumata görə, hazırda həm "Taliban" həm də ABŞ nümayəndələri Doha şəhərindədirlər.

"Danışıqların məqsədi zorakılığı azaltmaqdır ki, bu da Əfqanıstanın daxilində danışıqlara və barışığa səbəb olacaq "deyə mənbə bildirib.

Bu danışıqlarda Amerika nümayəndə heyətinə yenidən Dövlət Departamentinin Əfqanıstandakı sülh üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad başçılıq edir.

Görüşün sonunda Taliban nümayəndəsi tvitter hesabında iki tərəfin bazar günü görüşüb müzakirələri davam etdirəcəyini yazıb.

"Danışıqlar dayandığı yerdən başladı. Sazişin imzalanmasını və bununla əlaqəli mövzuları müzakirə etdik" deyə "Taiban" nümayəndəsi Sukhail Shakhin yazıb.

Bu ilin sentyabrında Kabulda biri Amerika əsgəri olmaqla 12 nəfərin ölümünə səbəb olan partlayışdan sonra Trump "Taliban"la aparılan sülh danışıqlarını dayandırmışdı.

Noyabrın sonunda isə ABŞ prezidenti gözlənilmədən Əfqanıstana səfər edib. O, adminstrasiyanın "Taliban"la danışıqları bərpa etdiyini və "Taliban"ın da atəşkəsə hazır olduğunu bildirib. Bu açıqlamanı qarşı tərəf də təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG