ABŞ hökuməti Ukraynaya yüksək dəqiqlikli və uzaqvuran GLSDB (Ground Launched Small Diameter Bomb – Yerdən atılan kiçik çaplı mərmi) raketlərinin verilməsini 2024-cü ilədək təxirə salıb.
Bu barədə xəbəri mənbələrə istinadla Reuters agentliyi yayıb.
Bundan əvvəl sözü gedən raketlərin Ukraynaya 2023-cü ilin martında veriləcəyi gözlənilirdi.
Lakin sonradan, fevral ayında məlum olmuşdu ki, raketlərin verilməsi 2023-cü ilin ikinci yarısına saxlanıb.
İndi isə mənbənin sözlərinə görə əsas podratçı olan Boeing sözü gedən raketləri ABŞ-a dekabr ayında verəcək.
Bundan sonra onları Ukraynaya verməzdən əvvəl bir neçə ay sınaqdan çıxaracaqlar.
“Özünü tuşlayan” raketlər
Söhbət 150 kilometrədək uça bilən yüksək dəqiqliyə malik qanadlı raketlərdən gedir.
Bu sistem kiçik çaplı mərmidən və raket mühərrikindən ibarətdir.
Birgə Amerika-İsveç layihəsi əsasında hazırlanan və “özünü tuşlayan” bu raketləri həm də HIMARS qurğularından atmaq mümkündür.
Bu raketlər 160 kilometr məsafədə hərəkət edən hədəfləri vura bilir. Hazırda Ukrayna ordusunun istifadəsində olan raketlər daha yaxın məsafələri vurur.
Reuters hələ noyabr ayında xəbər verirdi ki, Boeing şirkəti bu raketlərin Ukraynaya verilməsini təklif edib.
Ukraynaya GLSDB raketləri ATACMS raketlərinin məhdud sayının yerini doldurmaq üçün lazımdır.
ABŞ belə raketləri vermədiyini, Rusiya onları vurduğunu deyir
ABŞ Kiyevə 160 kilometr məsafəni vuran ATACMS raketlərini məhdud sayda payızın əvvəllərində verib.
Bunlar Ukrayna ordusuna iki dəfə uzaqda olan hədəfləri vura bilməsi üçün zəruridir.
Amma 2023-cü ilin martından bəri Rusiya Müdafiə Nazirliyi ən azı dörd dəfə GLSDB reaktiv mərmilərini vura bildiyi barədə məlumat verib.
Son belə məlumat oktyabrın 26-da verilmişdi. Reuters agentliyinin mənbələri israr edirlər ki, ABŞ Ukraynaya bir dənə də olsun “ağıllı bomba” verməyib.
Kiyevin bu raketləri başqa ölkələrdən aldığına dair məlumatlar yoxdur.