Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:08

ABŞ-da xərçəngə qarşı mübarizə sürətləndirilir


alimlər xərçəng xəstəliyinin çarəsini axtarır
alimlər xərçəng xəstəliyinin çarəsini axtarır

-

Obama administrasiyası xərçəng xəstəliyinin çarəsini tapmaq üçün "moonshot" təşəbbüsünə başlayıb.

"Moonshot" ifadəsi amerikalıların ilk dəfə Aya insan çıxarmaq sahəsindəki qələbəsinə işarədir.

Ancaq, bildirilir ki, Obama administrasiyasının son aylarında bu möcüzənin baş verəcəyini gözləməyə dəyməz.

ABŞ prezidenti Barac Obama çərşənbə axşamı günü luizianalı dördüncü sinif şagirdinə belə deyib:

"Mən yəqin ki, onun müalicə olunduğu günü görməyəcəyəm, amma sən görəcəksən".

XƏRCƏNG ÖLÜMƏ GƏTİRƏN İKİNCİ XƏSTƏLİKDİR...

Xərçəng xəstələrinə daha 1,7 milyon nəfər əlavə olunacaq və azı 0,5 milyon xərçəng xəstəsi həyatını itirəcək.

Xərçəng xəstəliyi Amerikada insanların ölümünə səbəb olan ikinci ən böyük səbəb olsa da son illər ərzində onun tədqiqi sahəsində mühüm irəliləyiş əldə edilib. Obama Vitse-prezident Joe Bidenə bu sahədə inkişafı sürətləndirməyin yollarını araşdırmağı tapşırıb. Bidenin tədbirlər siyahısında alimlərin bir-biri ilə daha çox məlumat mübadiləsi aparmasına nail olmaq da var.

Amerika Xərçəng Cəmiyyətinin proqnozuna görə bu il xərçəng xəstələrinə daha 1,7 milyon nəfər əlavə olunacaq və azı 0,5 milyon xərçəng xəstəsi həyatını itirəcək.

Bununla bərabər bu xəstəlikdən ölüm hallarının sayı azalmaqdadır. Hazırda bu göstərici 1991-ci ildəki pik halından 23 faiz daha azdır. Bunun ən çox rast gəlinən dörd xərçəng növünün - ağciyər, döş, prostat və bağırsaq xərçənglərinin erkən aşkar olunması və müalicəsi sahədində irəliləyişin əldə edilməsi ilə bağlı olduğu bildirilir. Siqaret çəkmə hallarının azalması da səbəblərdən biridir.

"ƏN TEZ BEYİN XƏRÇƏNGİ ÖLDÜRÜR"

Xərçəngin fərqli növlərinə tutulmuş pasientlər arasında həyatda qalma müddəti fəqlidir. Hazırda əgər süd vəzi xərçəngi xəstələrinin 89, prostat və qalxanabənzər vəzin xərçənginə tutulmuş insanların 90 faizi, bağırsaq, uşaqlıq yolu, sidik kisəsi və böyrək xərçəngi və limforma xəstələrinin 2/3-dən çoxu beş il və daha çox həyatda qala bilirsə uşaqlıq və beyin xərçənginə tutulmuş insanlar dünyalarını daha tez dəyişirlər. Elə Joe Bidenin oğlu Beau da beyin xərçəngindən vəfat edib.

XƏRÇƏNGİN ÇARƏSİNİ TAPMAQ ÜÇÜN...

Tacikstanda xərçəng xəstəsi olan uşaqlarla görüş
Tacikstanda xərçəng xəstəsi olan uşaqlarla görüş

Xərçəngin çarəsi bu il tapılmayacaq. Həm də onun bütün növləri üçün bir çarə olmayacaq. Çünki xərçəng bir yox, yüzlərlə xəstəliyin ümumi adıdır.
Ancaq alimlər hazırda xərçəngin necə formalaşdığı və yayıldığı barədə daha çox şey bilirlər və onun öhdəsindən gəlmək üçün yeni yollar üzərində işləyirlər.
Hazırda xərçəngin müalicəsində xemoterapiya hələ də mühüm rol oynasa da indi immunoterapiya və şiş genlərinin xəritəsinin çıxarılması kimi yeni üsullar da mövcuddur.
ABŞ-ın federal hökuməti xərçəngin tədqiqinə ildə 5 milyon dollardan çox vəsait xərcləyir.
ABŞ-da xərçəng xəstəsi olan uşaq və yeniyetmələrin əksəriyyəti kliniki sınaqlarda iştirak edir. Nəticədə son 30 ildə pediatrik xərçəngdən sağ qalma hallarının çoxalması qeydə alınıb.
Xərçəng xəstəsi olan böyüklərinsə cəmi 5%-i sınaqlarda iştirak edir. Xərçəngə nəzarət sahəsində yeni yanaşmaların işlənməsi üçün bu rəqəm artırıla bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG