Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

Bayden: ABŞ-ın İraqdakı döyüş missiyası ilin sonunadək başa çatacaq


ABŞ prezidenti Co Bayden iyulun 26-da deyib ki, Birləşmiş Ştatların İraqdakı döyüş missiyası bu ilin sonunadək başa çatacaq.

Prezident bu bəyanatı Vaşinqtonda İraqın baş naziri Mustafa əl-Qədimini qəbul edərkən verib.

Bayden deyib ki, ABŞ qoşunlarının İraqdaklı İslam Dövləti ekstremist təşkilatına qarşı missiyasının rəsmən başa çatacağı gün barədə əlavə məlumat veriləcək.

ABŞ prezidentinin sözlərinə görə söhbət konkret olaraq ABŞ qoşunlarının döyüş rolunun sırf məşvərətçi və təlimçi rola çevrilməsindən gedir.

Bayden bu görüşdən əvvəl demişdi ki, İD ekstremistlərinə qarşı birgə mübarizə “regionda sabitliyin bərqarar edilməsində həlledici rol oynayıb”.

O bunu da əlavə edib ki, İraq hökuməti ilə antiterror mübarizəsi sahəsində əməkdaşlıq davam etdiriləcək.

Diqqət Çinə yönəlir

2020-ci ilin sonuna olan məlumata görə İraqda 2500 ABŞ hərbçisi var. Bundan əvvəl keçmiş prezident Donald Tramp bu ölkədəki Amerika qoşunlarının 500 əsgərini ixtisar etmişdi.

Bayden ABŞ-ın döyüş missiyası başa çatdıqdan sonra İraqda neçə hərbçinin qalacağı barədə heç nə deməyib.

Hərbi ekspertlər bildirirlər ki, davam etdirilməsi nəzərdə tutulan məşvərət və təlim missiyasına görə qoşunların ixtisarı nəzərəçarpacaq miqyasda olmayacaq.

Bundan əvvəl prezident Bayden sentyabrın 11-dək ABŞ-ın Əfqanıstandakı qoşunlarının çıxarılmasına əmr verib.

Bayden bildirib ki, ABŞ-ın Yaxın Şərqdə terrora qarşı mübarizəsi davam edəcək, lakin indi diqqət daha çox uzunmüddətli problemə çevrilən Çin təhlükəsinə yönəlməlidir.

ABŞ prezidenti habelə Birləşmiş Ştatların İraqa koronavirusa qarşı vaksinlər göndərəcəyini deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG