Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:40

ABŞ Venesuela hərbçilərini Maduronu dəstəkləməməyə çağırır


Nicolas Maduro hərbçilərin əhatəsində. 4 fevral, 2019.
Nicolas Maduro hərbçilərin əhatəsində. 4 fevral, 2019.

Ağ evin yüksək səlahiyyətli nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatlar Venesuela hərbçiləri ilə birbaşa əlaqə saxlayır və onları prezidentliyini qorumağa çağıran Nicolas Maduronu dəstəkləməməyə çağırır.

Bu barədə fevralın 8-də Reuters agentliyi məlumat yayıb.

ABŞ həmçinin Maduro hökumətinə təzyiqi artırmaq üçün yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Ağ ev hesab edir ki, Venesuela hərbçiləri müxalifət lideri Juan Guaido-nun tərəfinə keçməkdə davam edəcəklər.

“Biz hələ də keçmiş Maduro rejiminin nümayəndələri, hərbçilərlə danışıqlar aparırıq”,Ağ ev administrasiyasının nümayəndəsi Reutersə deyib.

Amma məmur müzakirələr və onun hansı səviyyədə aparılması barədə ətraflı məlumat verməkdən imtina edib.

Fox News televiziya kanalının məlumatına görə, Nicolas Maduro təhlükəsizliyindən ehtiyyat edir, tamamilə kubalı mühavizəçilərin əhatəsindədir.

Nicolas Maduro 2013-cü ildə, Hugo Chavez-in ölümündən sonra hakimiyyətə gəlib. O, ötən ilin mayında ikinci müddətə prezident kimi and içib. Amma müxalifət seçkini boykot edib, kütləvi saxtakarlıqlar törədildiyini bildirir.

Maduro iddia olunan insan haqları pozuntuları, ölkə iqtisadiyyatın idarəçiliyinə görə də tənqid olunur.

Venesuela müxalifətinin lideri, Maduronun rəqibi və parlamentin sədri Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

Birləşmiş Ştatlar, Kanada, AB-nin bir çox üzvləri və region ölkələri – Braziliya, Kolumbiya və Argentina Guaido-nu dəstəkləyib.

Rusiya da daxil olmaqla bir sıra ölkələrin isə Venesuela hökumətilə sıx əlaqələri var və Maduronu dəstəkləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG