Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:29

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus 17 iyun, 2019
ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus 17 iyun, 2019

ABŞ Rusiyaya qarşı ikinci sanksiyalar paketini tətbiq etdi.

Budəfəki sanksiyalar, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yuliya Skripalın Böyük Britaniyada zəhərlənmələri ilə bağlıdır.

ABŞ Dövlət Departamentinin məlumatına görə avqustun 19-dan qüvvəyə minəcək sanksiyalar azı 1 il sürəcək.

Bəyanatda bildirilir ki, Vaşinqton, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, beynəlxalq maliyyə təşkilatları tərəfindən Rusiyaya istənilən maliyə və texniki yardıma qarşı çıxacaq.

Yeni sanksiyalar həmçinin Rusiyaya bir sıra mallar və texnologilayarın satışına lisenziya verilməsini çətinləşdirir.

Rusiyanın ABŞ-dakı səfirliyi bildirib ki, ABŞ-ın Skripal məsələsinə görə yeni sanksiyaları “bütün dünyaya, Vaşinqtonun günahsızlıq prezumpsiyasına tüpürdüyünü nümayiş etdirir”.

London dəfələrlə bəyan edib ki, 2018-ci ilin martında Sergei Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlnmələrinin arxasında birbaşa Rusiya durur

Rusiya ittihamları rədd edir.

XS
SM
MD
LG