Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:12

ABŞ Ukraynaya müdafiə xarakterli ölümcül silah sistemi verilməsini reallaşdırır


Barack Obama və Petro Poroshenko
Barack Obama və Petro Poroshenko

ABŞ Konqresinin nümayəndələr palatası Ukraynaya müdafiə xarakterli ölümcül silah sistemi verilməsini yekdilliklə təsdiqləyib.

Bu barədə aşağı palatanın qəbul etdiyi “ Ukraynada sabitlik və demokratiyaya dəstək” adlı qanun layihəsində bildirilir.

Qanun layihəsini bundan əvvəl palatanın xarici məsələlər üzrə komitəsi də təsdiqləyib.

Ukraynanın ABŞ-dakı səfirliyi bəyan edib ki, bu sənəd, Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Minsk razılaşmasının tam yerinə yetirilməsinədək qalmasını möhkəmləndirəcək.

Qanun layihəsinin ayrı-ayrı bəndlərində, həmçinin Rusiyanın informasiya təbliğatına qarşı səylərin gücləndirilməsi və Ukrayna iqtisadiyyatına xarici investisiyaların cəlbi nəzərdə tutulur.

Qanun layihəsini prezidentdən əvvəl Senat da təsdiqləməlidir.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG