Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

ABŞ Ukraynaya iki sahil-mühavizə kateri verir


Azov dənizində Ukrayna gəmiləri
Azov dənizində Ukrayna gəmiləri

ABŞ Ukraynaya iki sahil-mühavizə kateri verir.Bu barədə ABŞ-ın sahil-mühavizə xidməti məlumat yayıb.

Təqdimat mərasimi sentyabrın 27-də Baltik dənizində olacaq.

Mərasimdə Ukrayna prezidenti Petro Poroshenko və ABŞ sahil-mühavizə xidmətinin vitse-admiralı Michael McAllister də iştirak edəcəklər.

Söhbət “Drummond” və “Cushing” katerlərindən gedir.

30 il əvvəl düzəldilmiş bu katerlər, güclü fırtına da daxil olmaqla çətgin dəniz şəraitindəhərbi əməliyyatları yerinə yetirə bilirlər.

ABŞ bu gəmiləri Azov dənizində vəziyyətin gərginləşməsi fonunda verir.

Kiyev bildirir ki, Rusiya dənizdə Ukrayna limanlarına gələn xarici gəmiləri saxlayır.

Ukrayna 2018-ci ilin sonunadək Azov dənizində hərbi baza tikməyi planlaşdırır və artıq ora bir neçə hərbi gəmi də göndərib.

Kiyev bundan başqaregiona sərhədçilərdən ibarət xüsusi bölmə də göndərib.

ABŞ bundan əvvəl Rusiyanı Azov dənizində gəmilərin saxlanmasını dayandırmağa çağırmışdı.

Rusiya tərəfi isə cavab olaraq Ukraynanı “dəniz quldurluğunda” günahlandırmışdı.

Qeyd edək ki, ABŞ Krımın Moskva tərəfindən ilhaqı və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

ABŞ, Avropa Birliyi və bir sıra digər dünya ölkələri Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırırlar.

Moskva ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG