Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:24

ABŞ-da dövlət qulluqçuları etiraz aksiyasına çıxıb (Video)


Vaşinqtonda dövlət müəssisələrinin açılması tələbi ilə etiraz aksiyası. 10 yanvar, 2019-cu il.
Vaşinqtonda dövlət müəssisələrinin açılması tələbi ilə etiraz aksiyası. 10 yanvar, 2019-cu il.

ABŞ-da dövlət qulluqçuları yanvarın 10-da etiraz aksiyasına çıxaraq hökumətin bağlanmasına son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, yeni büdcə təsdiqlənmədiyinə görə, təxminən 3 həftədir ki, ABŞ-da dövlət müəssisələri bağlıdır.

Vaşinqtonda keçirilən aksiyaya, pilotlar, təyyarə bələdçiləri və hava limanlarının işçiləri qoşulublar.

ABŞ-da dövlət qulluqçuları işin bərpa olunmasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

ABŞ prezidenti Donald Trump yanvarın 9-da hökumətin açılması ilə bağlı demokratların liderləri ilə görüşü qəfil tərk elədi.

Problem, demokratların, Meksiika ilə sərhədə divar çəkilməsinə lazım olan təxminən 6 milyard dollarlıq vəsaiti təsdiqləməməsindədir.

Bu divar, Trump-ın seçkiqabağı əsas vədlərindən biriydi. Amma nümayəndələr palatasına nəzarət edən demokratlar bunu israfçılıq hesab edirlər.

Prezident Donald Trump yenidən xəbərdarlıq edib ki, əgər Konqres güzəştə getməsə, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilər.

“Mənim Fövqəladə vəziyyət rejimi tədbiq etmək üçün tam hüququm var. Bunu mənə hüquqşünaslarım deyib. Hələlik belə bir addıma hazır deyiləm, amma lazım gəlsə, şübhəsiz bunu edəcəm”, prezident deyib.

Donald Trump
Donald Trump

Donald Trump yanvarın 10-da Texasdakı Rio-Qrande sərhəd məntəqəsində olub. O, təhlükəsizlik xidmətinin əməkdaşlarına təlimatlar verib və qanunsuz miqrantların qurbanı olanların yaxınları ilə görüşüb.

Sərhədin o biri başında isə irimiqyaslı hərbi təlim keçirilib. Yüzlərlə hərbi geyimlilər, ən gur keçidlərdən biri olan Tixuana-San Dieqo sərhəd məntəqəsini 10 dəqiqəlik bağlayıblar. Onlar Meksikadan gələn maşın karvanına tərəf gözyaşardıcı qaz buraxıblar.

Donald Trump demokratlarla yaranmış problemə görə yanvarın 22-də Davosda keçiriləcək beynəlxalq iqtisadi foruma da getməyə bilər.

Yaxın günlərdə prezident Konqreslə razılığa gələ bilməsə, onda bu ABŞ-ın Tarixində ən uzun belə böhran olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG