Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:09

Amerikadan böyük biznesmen heyəti Bakıdadır


Robert Cekuta
Robert Cekuta

►ABŞ-dan Azərbaycana bu şirkətlərin nümayəndələri gəlib:

Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Wayback's Burgers, WSP/Parsons Brinkherhoff.

Noyabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ Ticarət Missiyası üçün ziyafət təşkil edib.

ABŞ Ticarət Departamentinin rəsmiləri də daxil olmaqla, 14 Amerika şirkəti Azərbaycanda biznes və hökumət qurumları ilə ticarət və biznes imkanlarını araşdırmaq və genişləndirmək məqsədilə noyabrın 18-20-də tarixlərində Bakıda səfərdədirlər.

“Azərbaycan Amerika biznesləri üçün çox mühüm ticarət partnyorudur. Bakıda xidmət göstərdiyim müddətdə ikitərəfli ticarət əməkdaşlığı üçün mövcud olan böyük potensialın şəxsən şahidi oldum” deyə ABŞ Ticarət Departamenti Katibinin köməkçi müavini Maykl Lalli qeyd edib.

“Bu ticarət missiyasının məqsədi yeni böyük ixrac imkanlarına qapı açmaq və Azərbaycana yeni investisiyalar cəlb etməkdir ki, bu da iki ölkənin iqtisadiyyatları arasında sıx olan münasibətləri daha da inkişaf etdirəcək”.

Missiya ABŞ və Azərbaycan iqtisadiyyatları arasında biznes və ticarət münasibətlərini gücləndirmək üçün biznes və hökumət agentliklərinin liderlərini bir yerə toplayır.

Missiyaya bir neçə hökumət brifinqləri, təkbətək görüşlər və netvörkinq ziyafətləri daxildir.

Buna da bax: MSK üzvü seçkinin nəticələrini tanımadı

XS
SM
MD
LG