Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:51

ABŞ Şimali Koreyaya önləyici zərbə endirə bilər


Foto arxiv

ABŞ Şimali Koreyayanın növbəti nüvə sınağı keçirməsinin qarşısını almaq üçün önləyici zərbə endirə bilər.

Bu barədə NBC televiziya kanalı aprelin 13-də ABŞ kəşfiyyatının yüksək rütbəli əməkdaşına istinadla xəbər yayıb.

Televiziya kanalının məlumatına görə, ABŞ-ın xüsusi xidmətində Pxenyanın yaxın günlərdə yeni nüvə sınağına hazırlaşması barədə məlumat var.

Mənbə qeyd edir ki, Şimali Koreya aprelin 15-də respublikanın banisi Kim İr Sen-in doğum gününü qeyd etməyə hazırlaşır.

Məlumata görə, ABŞ Şimali Koreyanın nüvə poliqonu yaxınlığında qanadlı “ Tomaqavk” raketləri ilə təhciz olunmuş iki gəmi yerləşdirib.

Məlumatda deyilir ki, Pentaqon lazım gəlsə Sakint okeandakı Guam adasında yerləşdirilmiş aöır bomardımançıları da işə sala bilər.

Amma ABŞ müdafiə nazirliyinin nümayəndəsi gələcək əməliyyatları şərh etməkdən imtina edib.

Məlumatlara görə, ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) yarımadadakı vəziyyəti müzakirə etmək üçün aprelin 16-da Cənubi Koreyaya getməlidir.

Buna da bax: Şimali Koreya yenə ballistik raket atıb

Günün bütün mövzuları

XS
SM
MD
LG