Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 00:40

Şimali Koreya yenə ballistik raket atıb


Raket sınağı

Cənubi Koreya və ABŞ ordu rəsmiləri Şimali Koreyanın Yapon dənizinə ballistik raket atdığını bildirir. Cənubi Koreyanın Müdafiə Nazirliyi aprelin 5-də məlumat yayıb ki, şimal qonşusu Sinpo ərazisindən Yapon dənizinə ballistik raket atıb. ABŞ ordu rəsmiləri ilkin dəyərləndirmələrə əsasən, bunun KN-15 ortamənzilli ballistik raket olduğunu deyirlər.

Doğrudan da ballistik raketdirsə, bu, Pxenyanın Cənubi Koreya, Yaponiya, Birləşmiş Ştatlar və digər dövlətlərə meydan oxuduğunu göstərir. Hətta müttəfiqi Çin belə bundan narahatdır.

Ballistik raket texnologiyasından istifadə Pxenyanın BMT Təhlükəsizlik Şurası qətnamələrini pozması demək olar.

ABŞ prezidenti Donald Trump Çini Şimali Koreyaya təzyiq göstərməyə çağırıb, əks halda, təkbaşına onun öhdəsindən gələ biləcəyini deyib.

Aprelin 6-7- də Trump çinli həmkarı Xi Jinping-lə ABŞ-dakı Mar-a-Laqo rezidensiyasında görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG