Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:07

ABŞ-la Rusiya nüvə silahları ilə bağlı yeni müqaviləni müzakirə edirlər


Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trump, Osaka, 28 iyun , 2019
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trump, Osaka, 28 iyun , 2019

ABŞ-la Rusiya Cenevrədə nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı yeni müqavilənin perspektivlərini müzakirə edəcəklər.

Bu barədə iyulun 16-da Reuters agentliyi ABŞ prezident administrasiyasının yüksək səlahiyyətli rəsmisinə istinadla məlumat verir.

Məlumata görə, sonda bu müqaviləyə Çin də qoşula bilər.

Ağ ev ümid eir ki, danışıqlar Rusyanın belə bir müqavilə imzalamaq fikrində olub-olmamasına aydınlıq gətirəcək.

Belə bir təşəbbüslə ABŞ prezidenti Donald Trump iyununda “böyük 20-lər” ölkələri liderlərinin Yaponiya sammiti zamanı Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping-lə görüşdə çıxış edib.

Amma mənbə Reutersə deyib ki, Cenevrə görüşündə orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilə müzakirə olunmayacaq.

Qeyd edək ki, ABŞ 2019-cu ilin fevralında həmin müqavilədən çıxdığını bəyan elədi.

ABŞ prezidenti Donald Trump bunun səbəbini Rusiyanın uzun illər müqavlənin şərtlərini pozması ilə izah elədi.

Vaşinqton buna əsas kimi xüsusilə “Novator” 9M729 raket komplekslərinin yerləşdirməsini göstərir.

Rusiyanın Dövlət Duması da iyunun 18-də Rusiyanın bu müqavilədən çıxması barədə qərar qəbul etdi və prezident Vladimir Putin iyulun 3-də onu təsdiqlədi.

Buna da bax: AB-i Rusiyanı orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı müqaviləni qorumağa çağırıb

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG