Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:58

AB-i Rusiyanı orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı müqaviləni qorumağa çağırıb


 SSC-8/9M729 raketi. Rusiya 23 yamvar, 2019
SSC-8/9M729 raketi. Rusiya 23 yamvar, 2019

Avropa Birliyi iyulun 14-də Rusiyanı orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədə qalmağa çağırıb.

Müvafiq bəyanat Avropa Şurasının rəsmi saytında yerləşdirilib.

Bəyanatda, ümumilikdə “təksilah və nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimin ciddi təzyiq altında olduğu” bildirilir.

Avropa Birliyi bütün dövlətləri çoxtərəfli yanaşma ilə beynəlxalq qanunlar əsasənda müəyyən edilmiş əsas prinsipləri qorumağa çağırıb.

Bəyanatda Rusiyaya, ayrıca-xüsusi çağırış edilir.

Avropa Birliyi Rusiyanı, yay mövsümündə keçidiyi hərbi təlimlər və yerlərdə 9M729 raket kompleksləri yerləşdirməsi ilə bağlı ciddi narahatlığa cavab verməyə çağırır.

Sənəddə deyilir ki, keçmiş prezidentlər Mikhail Gorbachev və Donald Reyqanın 1987-ci il dekabrın 8də orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı imzaladıqları müqavilə 30 il ərzində “Avropa və beynəlxalq təhlükəsizliyə” böyük tövhə verdi.

Qeyd edək ki, ABŞ 2019-cu ilin fevralında həmin müqavilədən çıxdığını bəyan elədi.

ABŞ prezidenti Donald Trump bunun səbəbini Rusiyanın uzun illər müqavlənin şərtlərini pozması ilə izah elədi.

Vaşinqton buna əsas kimi xüsusilə “Novator” 9M729 raket komplekslərinin yerləşdirməsini göstərir.

Rusiyanın Dövlət Duması da iyunun 18-də Rusiyanın bu müqavilədən çıxması barədə qərar qəbul etdi və prezident Vladimir Putin iyulun 3-də onu təsdiqlədi.

NATO-nun baş katibi Jens Stoltenberg iyulun 5-də bildirib ki, “əgər bu mqqaviləni xilas etmək mümkün olmasa, onda NATO-nun buna reaksiyası “koordinasiyalı və müdafiə xarakterli” olacaq.

Stoltenberg təkid edir ki, Rusiya avqustun 2-dək yeni raket komplekslərini məhv etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG