Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Rusiyanın “Rusal” şirkəti sanksiyaların qaldırılması ilə bağlı ABŞ-a təkliflər verib


Vladimir Putin və Oleg Deripaska
Vladimir Putin və Oleg Deripaska

“ABŞ”-ın məqsədi Rusiyanın “Rusal” şirkətini biznesdən uzaqlaşdırmaq deyil və müəyyən şərtlərlə onu sanksiyalar siyahısından çıxarmağa hazırdır”.

Bunu Reuters agentliyinə müsahibəsində ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib.

Qeyd edək ki, “Rusal” alüminium şirkəti demək olar ki, hazırda ABŞ-ın sanksiyalar siyahısına düşən rusiyalı biznesmen Olqeg Deripaskaya məxsusdur.

Munchin-in sözlərinə görə, şirkət ABŞ hakimiyyəti ilə əlaqədədir və sanksiyanın qaldırılmasına nail olmaq üçün bir sıra təkliflər verib.

Nazir məsələnin detallarına aydınlıq gətirməsə də qeyd edib ki, ABŞ sanksiyaların qaldırılması üçün “məqbul qərar” tapmaq istəyir.

ABŞ-ın ədliyyə nazirliyi bundan əvvəl, Deripaskanın şirkətdəki payının azaldılmasınının, sanksiyanın qaldırılmasında əsas şərtlərdən biri olduğunu bəyan eləmişdi.

Hazırda Deripaskanın “Rusal”dakı payı 50 faizədn bir qədər aşağıdır.Bundan başqa o şirkətin direktorlar şurasını tərk edib.

ABŞ bu ilin aprelində Deripaska və Kremlə yaxın olan bir sıra şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Deripaskanın adı, son vaxtlar ABŞ prezidenti Donald Trump-ın seçki qərərgahının keçmiş rəhbəri Paul Manafortla bağlılıqda hallanır.

Reuters-in bu günlərdə yaydığı məlumata görə, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, Paul Manafort rusiyalı milyarder Oleg Deripaskadan 10 milyon dollar məbləğində kredit alıbmış.

Məlumata görə, Manafort və onun xanımına aid şirkətin vergi bəyannaməsi göstərir ki, onlar Deripaskadan kredit götürüblər.

Məlumatlara görə Manafort bundan başqa vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovichə məsləhətçilik edib, konkret 2004-2010-cu illərdə Yanukoviç və onun“Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

Reuters yazır ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, Deripaska onun bu yöndə fəaliyyətini dəstəkləyən admlardan biri imiş.

Buna da bax:"Manafort-un məhkəməsinin yeri dəyişdirilmədi".

Manaforta qarşı ittihamlar, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisinə mümkün müdaxilə ilə bağlı aparılan istintaqdan qaynaqlanır.

Bu işi xüsusi prokuror Robert Mueller aparır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG