-
"BMT-nin ilqim konfransında əldə olunan razılıq planetimizin xilası üçün ən böyük şansdır".
ABŞ prezidenti Barack Obama belə deyib.
Parisdə keçirilən BMT iqlim konfransının iştirakçıları iki həftə intensiv danışıqlardan sonra yekun sazişin mətnini razılaşdırıblar.
Layihəyə əsasən, 2020-ci ildən sonra sənayecə inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə iqtisadi baxımdan zəif dövlətlərə dəstək üçün hər il 100 milyard dollar ayırmalıdırlar.
Konfransda 200-ə yaxın ölkə iştirak edib.