Səudiyyə Ərəbistanında ABŞ səfirliyi vurulub
ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinə iki dronla hücum həyata keçirilib. Səudiyyənin Müdafiə Nazirliyi bildirir ki, hücum nəticəsində məhdud yanğın baş verib, binaya kiçik ziyan dəyib.
Dövlət Departamenti isə 10-dan artıq Yaxın Şərq ölkəsindəki amerikalıları olduqları yerdən təcili çıxmağa çağırıb.
6 ABŞ hərbçisinin öldüyü təsdiqlənib
ABŞ Mərkəzi Komandanlığı İranın cavab zərbələri nəticəsində ağır yaralanmış altı amerikalı hərbçinin öldüyünü bildirir. Komandanlıq daha bir neçə hərbçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp bundan öncə itkilərin arta biləcəyini demişdi.
"Təəssüf ki, münaqişə bitənəcən daha çox itki ola bilər", – deyən prezident əməliyyatların dörd həftə, yaxud "bütün məqsədlərimizə çatanadək" davam edə biləcəyini söyləyib.
İranla savaşa ərəb ölkələri də qoşulacaq?
Hərbi ekspert Səxavət Məmməd düşünür ki, İran ərəb ölkələrinin münaqişəyə qoşulmasında maraqlıdır: "Bu dövlətlər qoşulduğu təqdirdə bunların hamısı İrana qarşı olmayacaq, bir çoxu da bir-birinə qarşı döyüşmüş dövlətlər olacaq. Elə bir vəziyyət yarana bilər ki, Amerika eyni vaxtda bir neçə istiqamətdə döyüşsün".
İrandakı müharibə çevrilişlə nəticələnəcəkmi?
Siyasi elmlər üzrə araşdırmaçı Ata Məhəmməd Təbriz deyir ki, hər iki tərəf istədiyini almaq üçün dirənir.