SEPAH generalı İranın müdafiə naziri vəzifəsini icra edəcək
İran prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) generalı Məcid İbn Əl-Rzanı müvəqqəti müdafiə naziri təyin edib. O, fevralın 28-də İsrailin zərbəsindən həlak olan müdafiə naziri Əziz Nəsirzadənin birinci müavini vəzifəsində çalışıb.
Küveytdə ABŞ-nin üç hərbi təyyarəsi qəzaya uğrayıb
ABŞ-nin bir neçə hərbi təyyarəsi martın 2-də səhər Küveytdə qəzaya uğrayıb. Ekipajlar qəza yerindən təxliyə olunaraq xəstəxanaya aparılıb. Məlumatı Küveytin Müdafiə Nazirliyi yayıb.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, "Epik Qəzəb" əməliyyatı çərçivəsində tapşırıq yerinə yetirən üç "F-15E Strike Eagle" qırıcısı Küveyt üzərində, ehtimal, "dost atəşi" nəticəsində vurulub..
Peyk təsvirləri İranda hərbi obyektlərə ziyan dəydiyini göstərir
Martın 1-dən əvvəl və sonra paylaşılan fotolarda İranda raket bazalarına, radar qurğularına, təyyarə obyektlərinə böyük ziyan dəydiyi görünür. Bu, ABŞ və İsrailin birgə hava zərbələri nəticəsində baş verib. Bəzi fotolarda fevralın 28-də öldürülmüş ali lider Əli Xameneinin Tehrandakı iqamətgahı əks olunub.