ABŞ hakimiyyəti hamilə qadınlara viza verilməsi qaydalarını sərtləşdirir.
AzadlıqRadiosunun Rusiya xidməti, bu barədə ABŞ Dövlət Departamentinə istinadla məlumat yayıb.
Yeni qayda artıq yanvarın 24-dən qüvvəyə minir.
Məqsəd xarici ölkə vətəndaşları olan hamilə qadınların məhz doğuş məqsədilə ABŞ-a gəlməsinin qarşısını almaqdır.
ABŞ Konstitusiyasına görə, bu ölkədə doğulan uşaqlara birbaşa vətəndaşlıq verilir.
Yeni qaydaya görə, ABŞ konsulluğunun viza məsələlərinə baxan əməkdaşları, məhz doğuş məqsədi ilə ABŞ-a gəlməkdə şübhəli bilinən hamilə qadınalara rədd cavabı verə bilərlər.
Hamilə qadın sübut etməlidir ki, ABŞ-a başqa məqsəd üçün gedir.
“Politico” saytının rəsmi məlumatlara istinadla yazdığına görə, 2016-cı ilin ikinci yarısından, 2017-ci ilin birini yarısınadək, ABŞ-da , 33 minə yaxın xarici uşaq doğulub.
ABŞ prezidenti Donald Trump bundan əvvəl, ölkədə doğulan uşaqlara birbaşa vətəndaşlıq verilməsini ləğv edən fərman imzalamaq fikrində ölduğunu bəyan eləmişdi. Amma hüquqşünaslar bunun konstitusiyaya zidd olduğunu bildirdilər və Dövlət Departamenti başqa yol seçməli oldu.