Keçid linkləri

2026, 06 May, çərşənbə, Bakı vaxtı 01:25

ABŞ qüvvələri gəmiləri Hörmüzdən necə keçirir? Vitse-admiral izah edir

Hörmüz boğazında gəmilər və qayıqlar
Hörmüz boğazında gəmilər və qayıqlar

Hazırda Hörmüz boğazında gərginlik kəskin şəkildə artıb, Vaşinqtonla Tehran arasındakı atəşkəs isə olduqca kövrəkdir. ABŞ prezidenti Donald Tramp kommersiya gəmiçiliyini bərpa etmək məqsədilə "Azadlıq Layihəsi"ni edib.

"Maersk" gəmiçilik nəhəngi mayın 4-də bildirib ki, gəmilərindən biri ABŞ hərbi qüvvələrinin müşayiəti ilə boğazdan uğurla keçib. Lakin risklər hələ də yüksəkdir. ABŞ Hərbi Dəniz Qüvvələri bu cür riskli şəraitdə dəniz nəqliyyatının təhlükəsizliyini necə təmin edəcək? Bu strateji yanaşma münaqişənin genişmiqyaslı eskalasiyaya çevrilməsinin qarşısını almaq üçün kifayətdirmi? AzadlıqRadiosu bu sualları istefada olan vitse-admiral Robert Marrett ilə müzakirə edib.

Marrett qeyd edir ki, son 24 saatda baş verənlər münaqişənin genişlənməsi ehtimalını artırır. Onun sözlərinə görə, İranla razılıq əldə olunmadan naviqasiyanı təmin etmək olduqca çətindir: "Həm boğazın dar coğrafiyası, həm də İranın kiçik qayıqlar, pilotsuz uçuş aparatları və digər asimmetrik vasitələrlə hücum potensialı taktiki baxımdan vəziyyəti mürəkkəbləşdirir. Buna baxmayaraq, sərbəst naviqasiyanı bərpa etmək üçün atılan hər bir addım dəyərlidir".

ABŞ qüvvələri atəş altında gəmiləri necə müşayiət edir?

Gəmilərin necə qorunmasına gəlincə, vitse-admiral bildirib ki, yaxın müşayiətdən çox hava vasitələrinə üstünlük verilir. Marrett vurğulayır ki, təhlükəsizliyi təmin etmək üçün gəmilərə fiziki olaraq yaxın olmaq şərt deyil: "Mayın 4-də müşahidə olunan hücumlar zamanı əməliyyatlara helikopterlər və böyük ehtimalla digər aviasiya vasitələri də dəstək verirdi. Pentaqonun əməliyyat xəritələri bəzi hərbi gəmilərin boğazdan kənarda – Oman körfəzi və hətta Ərəbistan dənizi sularında mövqe tutduğunu göstərir. Bu isə o deməkdir ki, taktiki vəziyyətin mürəkkəbliyinə rəğmən, güclü hava müdafiəsi çətiri vasitəsilə təhlükəsizliyi məsafədən də təmin etmək mümkündür".

HÖRMÜZ BOĞAZI

R.Marrett ən böyük narahatlığının tam eskalasiya, yəni atəşkəsin tamamilə iflası və münaqişənin genişlənməsi olduğunu bildirir: 'İkinci məsələ isə çox sayda gəminin təhlükəsiz keçidinin təminatıdır. Bunun üçün yalnız gəmi kapitanlarının deyil, həm də daşıyıcı şirkətlərin və sığortaçıların inamı lazımdır. Bu inamı qazanmağın ən effektiv yolu isə İranla müəyyən bir razılığa gəlməkdir".

İran boğaza nəzarət imkanını üstünlük sayır. Bu realdırmı?

İranın boğaza nəzarət imkanlarını şərh edən Marrett bunu real üstünlük hesab edir və həm coğrafi mövqeyin, həm də mövcud imkanların buna şərait yaratdığını bildirir. Bununla belə, admiral əlavə edir ki, İran da Hörmüz boğazının açıq qalmasında maraqlıdır, çünki ölkə iqtisadiyyatı birbaşa bu yoldan asılıdır. ABŞ-nin bölgədəki hərbi gücü isə diplomatik həll üçün mühüm rıçaq rolunu oynayır.

R.Marrett mövcud gərginliyin sürətlə genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalını istisna etmir: "İranın münaqişəni genişləndirmək üçün kifayət qədər imkanları var. Son 24 saat ərzində BƏƏ-dən də narahatedici siqnallar daxil olur. Əgər onlar münaqişə coğrafiyasını digər regional tərəfdaşları da əhatə edəcək şəkildə böyütsələr, bu, son dərəcə kritik bir vəziyyət yaradacaq. Vəziyyəti qısa müddətdə gərginləşdirə bilərlər, lakin hazırda narahatedici məqamlara rəğmən, bunun baş verəcəyinə dair hələ ki, aydın sübutlar yoxdur".

Müsahibənin tam versiyası ilə burada tanış ola bilərsiniz: Robert Murrett: A US Vice-Admiral On The 'Very Tough Challenge' Of Hormuz

XS
SM
MD
LG