Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:37

ABŞ 3 ərəb ölkəsinə 8 milyard dollarlıq silah satır


ABŞ-ın Abraham Lincoln gəmisi, 3 May, 2019
ABŞ-ın Abraham Lincoln gəmisi, 3 May, 2019

ABŞ Dövlət Departamenti mayın 24-də Konqresə bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə silah satmaq fikrindədir.

Söhbət 8,1 milyard dollarlıq sövdələşmədən gedir.

Bu konqresmenlərin razılığı olmadan həyata keçirilir.

Bir sıra konqresmenlər, Yəməndəki iranpərəst Huti üsyançıları ilə savaşan koalisiya qüvvələrinə silah verilməsinin əleyhinədirlər.

Onlar ehtiyat edirlər ki, orda hərbi əməliyyatlar mülki sakinlər arasında ağır itkilərə səbəb olur.

“Bu silah satışında məqsəd, müttəfiqlərimizin İrandan gələn təhlükənin qarşısını almasına kömək etmək və regionda vəziyyəti sabitləşdirməkdir”, Politico nəşri ABŞ Dövlət katibi Mike Pompoe-ya istinadla yazır.

Adətən bu cür əməliyyatlar Konqreslə razılaşdırılmalıdır, amma Ağ ev fövqəladə vəziyyətlərdə ona birtərəfli hərəkət etmək imkanı verən qanundan istifadə edə bilər.

Pompeo qeyd edib ki, vaxtilə keçmiş prezidentlər Ronald Reyqan və Jimmi Carter də belə bir addım atıblar.

Qeyd edək ki, ABŞ bu günlərdə Yaxın Şərq regionuna qırıcı və bombar-dımançı təyyarələr, habelə digər hərbi avadanlıqlardan ibarət təyyarədaşıyan gəmi göndərib.

Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində Səudiyyə Ərəbistanının 2 neft tankeri də daxil olmaqla 4 gəmiyə hücum edilməsi ABŞ-İran münasibətlərini daha da gərginləşdirib. Vaşinqton hesab edir ki, bu hücumun arxasında Tehran durur.

Tehran ittihamı rədd edir.

Mayın 19-da isə Bağdaddakı ABŞ səfirliyi yaxınlığına raket buraxılıb. Xəsarət alan olmayıb, ciddi ziyan dəyməyib. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

“İran vuruşmaq istəyirsə, bu, İranın rəsmi sonu olacaq. Birləşmiş Ştatları heç vaxt təhdid etməyin!” – ABŞ prezidenti DonaldTrump mayın 20-də tvitində yazıb.

Xatırlatma

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən il-2018-ci ildə ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi.

Buna da bax: İran gərginliyin azaldılması üçün ABŞ-la danışığın ‘mümkün olmadığını” deyir

İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.

ABŞ rəsmisinin bu yaxınlarda açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan da artıq neft gəlirindən məhrum edib.

Birləşmiş Ştatlar İranı nüvə sazişinin şərtlərini pozmaqda günahlandırır.

Tehran ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG