Keçid linkləri

2026, 04 Fevral, çərşənbə, Bakı vaxtı 19:00

Tramp şatdauna son qoyan xərcləmə paketini təsdiqləyib

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp Konqresin qəbul etdiyi qanunvericilik aktını imzalayıb. Bu qanun hökumətin qismən bağlanmasına (şatdaun) son qoyub.

"Biz israfçı federal xərcləri faktiki azaldan, eyni zamanda Amerika xalqının təhlükəsizliyi, müdafiəsi və rifahı üçün vacib proqramları dəstəkləyən maliyyə baxımından məsuliyyətli paket qəbul etməyə nail olduq", – Tramp Oval ofisdə mərasimdə deyib. O, çıxış edərkən arxasında respublikaçı konqresmenlər dayanıb.

Maliyyələşdirmə paketini əksər respublikaçılar və 21 demokrat dəstəkləyib. Nümayəndələr Palatası sənədi 217-214 səs nisbəti ilə qəbul edib. Keçən həftə layihə Senatdan yekdilliklə keçib.

Bu qanun konqresmenlərə Trampın mühacirlərə qarşı tədbirlərinə potensial limitlərlə bağlı danışıq aparmağa imkan verəcək. Daxili Təhlükəsizlik Departamentinin maliyyəsi də müvəqqəti olaraq fevralın 13-dək uzadılır.

Artıq Tramp administrasiyası Minnesotada immiqrasiya agentlərinin üzərinə kameralar yerləşdirməklə demokratların bir tələbini qəbul edib.

ABŞ-də ötən ilin oktyabr-noyabr aylarında şatdaun rekord 43 gün çəkib, yüz minlərlə federal işçi məcburi məzuniyyətə çıxarılıb və iqtisadiyyata 11 milyard dollar ziyan dəyib.

Tramp AzadlıqRadiosuna pul ayırdı

AzadlıqRadiosu ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsi və bu ölkənin Konqresinin ayırdığı vəsait ilə maliyyələşdirilir. Oktyabrın 1-də başa çatacaq 2026-cı maliyyə ili üzrə USAGM-ə 643 milyon dollar ayrılması nəzərdə tutulur.

2025-ci ilin martında prezident D.Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalamışdı. Bu qurumlar arasında USAGM də var idi.

AzadlıqRadiosu ötən bir ilə yaxın müddət ərzində maliyyə çətinliklərinə baxmayaraq, fəaliyyətini davam etdirib və sərt qənaət tədbirlərinə əl atmağa məcbur olub.

XS
SM
MD
LG