Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 19:47

Nardaran məhbusu Vəkillər Kollegiyasını məhkəməyə verir


Abbas Hüseynov

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynov Vəkillər Kollegiyasını məhkəməyə verir.

Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

A.Hüseynov vəkili Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasıyla müdafiə hüququnun pozulmasından şikayətçidir.

«Yalçın İmanov Qobustan həbsxanasında məruz qaldığım işgəncə haqda mətbuata açıqlama verdiyi üçün onun vəkillik fəaliyyəti dayandırılıb. Bu da o anlama gəlir ki, Vəkillər Kollegiyasının rəhbərliyi işgəncənin ört-basdır edilməsinin tərəfdarıdır. Halbuki, Yalçın İmanov vəkil kimi öz borcunu yerinə yetirib, mənim pozulmuş hüququmu müdafiə edib. Vəkillər Kollegiyası isə onu uzaqlaşdırmaqla məni müdafiəsiz qoyub. Çünki işgəncə məsələsi ilə bağlı məhkəmələrə, prokurorluğa və başqa orqanlara o, müraciət etmişdi», – A.Hüseynovun sözləridir.

Nardaran məhbusu onu da bildirib ki, əgər yerli məhkəmələr bu məsələyə baxıb, obyektiv qərar çıxarmasa, işi Avropa Məhkəməsinə çıxaracaq.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG