Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:44

Cəmil Həsənli: 'AB ilə sazişin detalları bilinməlidir'


C.Həsənli
C.Həsənli

«Azərbaycan yalnız iqtisadi, enerji məsələlərində deyil, demokratiya və insan haqlarına münasibətdə də Avropa Birliyi (AB) ilə əməkdaşlığa hazır olmalıdır».

Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli müxalifət nümayəndələrinin Avropa Birliyi rəsmiləri ilə bu gün, noyabrın 6-sı görüşündən sonra AzadlıqRadiosuna belə deyib.

C.Həsənlinin deməsinə görə, sözügedən görüş AB ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı hazırlanmaqda olan tərəfdaşlıq sazişi ilə bağlı olub. Görüşdə MŞ sədri Cəmil Həsənli, REAL təmsilçisi Natiq Cəfərli və Müsavat Partiyasından Tofiq Yaqublu AB elçisi Adriaan Palm ilə müzakirələr aparıblar.

C.Həsənlinin bildirdiyinə görə, görüş AB ilə imzalanacağı gözlənilən əməkdaşlıq sazişi ilə bağlı müxalif siyasi qüvvələrin mövqeyini öyrənmək məqsədi daşıyıb:

«Müxalif siyasi çevrə olaraq bildirdik ki, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını vacib hesab edirik. Ölkəmizi Avropa Birliyinin daxilində görmək istəyindəyik. Bu, bizim strateji hədəfimizdir. Eyni zamanda bildirdik ki, hökumətin siyasi, iqtisadi və sosial sahələrdə islahatlar aparması vacibdir. Hazırda Azərbaycandakı durum Avropa Birliyinin tələblərinə uyğun deyil. Ümumi yanaşmamız bundan ibarət oldu ki, Azərbaycan yalnız iqtisadi, enerji məsələlərində deyil, demokratiya və insan haqlarına münasibətdə də Avropa Birliyi ilə əməkdaşlığa hazır olmalıdır».

Azərbaycanın Avropaya inteqrasiyasına nə mane olur?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

«AVROPA ŞURASINA ÜZV OLANDA SADƏLÖVHCƏSİNƏ DÜŞÜNÜRDÜK Kİ...»

C.Həsənli deyir ki, görüşdə seçki, Qarabağ münaqişəsi, korrupsiya, siyasi məhbus sayılan şəxslərin azad olunması, mətbuatın təqibi və sərbəst toplaşmaq azadlığı məsələsini müzakirə ediblər. Onun deməsinə görə, görüşdə AB ilə imzalanacağı gözlənilən sazişin detallarına toxunulmayıb. Ancaq yaxın 3 ildə Avropa Birliyi-Azərbaycan əməkdaşlığının konturlarının müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

C.Həsənli deyir ki, müxalif qüvvələr AB ilə imzalanacaq sazişin detallarının ictimailəşməsini istəyir.

«Cəmiyyət bu sənədin bütün detallarını bilməlidir. Biz Avropa Şurasına üzv olanda sadəlövhcəsinə düşünürdük ki, qurum Azərbaycanı öz standartlarına uyğunlaşdıracaq. Təəssüf ki, əksi oldu. Bu mənada oxşar vəziyyətin Avropa Birliyi ilə baş verməsini istəməzdik. Ona görə cəmiyyət sazişdə söhbətin hansı istiqamətdə getdiyini bilməlidir. Məsələ ondadır ki, rəsmi təbliğatda Avropanın qorxunc obrazı yaradılır, halbuki, tamam başqa mənzərədir», - C.Həsənli söyləyib.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İlham Əliyev Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcək. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilir.

Ancaq Azərbaycanın bəzi rəsmiləri də deyib ki, sazişin bu il imzalanacağı gözlənilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG