Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

ABŞ Səudiyyəyə Patriot raketləri və canlı qüvvə göndərir


Patriot raketləri

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının neft qurğularına 14 sentyabr hücumunun ardınca bu ölkədə Patriot raketlərinin batareyasını, 4 Sentinel radar sistemini və bunlarla birlikdə 200 hərbçidən ibarət heyət yerləşdirəcəyini bildirib.

Vaşinqton Səudiyyənin neft infrastrukturuna raket və dron hücumuna görə İranı ittiham edir.

Sentyabrın 26-da Pentaqonun sözçüsü Jonathan Hoffman deyib ki, bu raketlər və heyət krallığın hərbi və mülki infrastrukturlarının hücumlardan müdafiəsini gücləndirəcək.

ABŞ hərbiyyəsi bildirir ki, lazım olarsa, Səudiyyə ərazisində Patriot raketlərinin daha iki batareyası və qısa adı THAAD olan Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi sistemi yerləşdirilə bilər.

Tehran və Vaşinqton arasında münasibətlər Birləşmiş Ştatlar ötən il 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra gərginləşib.

ABŞ və İran arasında münasibətlər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft qurğularına raket və dron hücumlarından sonra daha da tarıma çəkilib.

ABŞ, Qərb hökumətləri və Səudiyyə bu hücuma görə İranı ittiham edirlər.

Hazırda Səudiyyənin müdafiə sistemləri ölkənin Yəmənin şiə hutilərinin hücumlarından qorunması məqsədi ilə krallığın cənubunda cəmləşdirilib.

Associated Press agentliyi bildirir ki, ABŞ-ın bu ölkədə müdafiə sistemləri yerləşdirməsindən məqsəd Səudiyyənin şimal hüdudlarının daha yaxşı müşahidə olunmasını təmin etməkdir.

Sentyabrın 26-da Nyu Yorkda BMT Baş Assambleyasındakı çıxışında İran prezidenti Hassan Rohani demişdi ki, Səudiyyəyə hücumda Tehranı ittiham edən ölkələr bunun “sübutunu” təqdim etməlidirlər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG